Bu gün:

Yaz allergiyasını necə müalicə etmək olar?


Baharın gəlişi ilə allergik xəstəliklərdə böyük artım müşahidə olunur. Bunun səbəbi ağacların, çiçəklərin və otların havada yayılan tozcuqlarıdır. Bir insanın allergik bədəni varsa, bədənə daxil olan polen bəzi maddələrin ifrazına səbəb olur. Bu, gözlərdə və burun qişalarında kapilyarların genişlənməsinə, toxumaların şişməsinə səbəb olur. 

Bu reaksiyalar tədqiq edildikdə yaz allergiyasının əlamətlərini göstərir. Bahar allergiyası xalq arasında “saman qızdırması” da adlandırılır.

Bütün polenlər allergiyaya səbəb olmur

Çox miqdarda polen yaz allergiyası üçün məsuliyyət daşıyır. Ancaq hər polen allergiyaya səbəb olmur. Ən çox allergiyaya səbəb olan polenlər: zeytun, fındıq, qızılağac, yovşan, qovaq, çəmən otu, yulaf, çovdar və buğda yulafları. Ağac tozcuqları ümumiyyətlə fevraldan may ayına qədər, ot polenləri maydan iyun ayına qədər, alaq otları isə yazın ortalarından payıza qədər təsirli olur.

Bahar allergiyasının əlamətləri

Bahar allergiyası əlamətləri hücumlarda təkrarlanır. Asqırma, burun axması və tıxanıqlıq, burunda qaşınma, gözlərin sulanması və qızarması, boğazda daimi qaşınma kimi soyuqdəymə əlamətlərinə bənzəyir. Ən çox rast gəlinən yaz allergiyasının əlamətləri 15-20 dəfə təkrarlanan asqırma və gözlərin yaşlanmasıdır. Bahar allergiyası olan insanlar sanki böhran keçirmiş kimi dəfələrlə asqırırlar, burun axması və göz yaşları yaşayırlar.

Bahar allergiyası genetikdirmi?

Bahar allergiyası genetik bir xəstəlik olaraq da təyin edilə bilər. İş o yerə çatıb ki, əgər uşağın valideynlərində allergik reaksiya varsa, uşaqda onun inkişaf riski 50 faizə qədər arta bilər. Allergik reaksiya orqanizmdə meydana gələn müəyyən immun mexanizmlər səbəbindən, ümumiyyətlə, 20-40 yaş qrupunda müşahidə edilir. Lakin son illərdə geni dəyişdirilmiş hormonal qidalar, havanın çirklənməsi, sənaye maddələri, ozon təbəqəsinin aşınması, yaşayış şəraitinin mənfi dəyişməsi kimi ekoloji şərait immun sistemini zəiflədə və allergik orqanizmin daha da kəskinləşməsinə səbəb ola bilər. Ona görə də indi hətta 10 yaşlı uşaqlarda da müşahidə olunur.

Bahar allergiyasının müalicəsi

Allergik xəstəliklər qəti şəkildə müalicə edilə bilməz. Buna görə müalicənin məqsədi allergiyanın əlamətlərini azaltmaq, şiddətini yüngülləşdirmək və xəstəliyin təkrarlanmasının qarşısını almaqdır. Burun tıkanıklığı, burun axması və sulu gözlər kimi simptomlar artıq dərman vasitəsi ilə aradan qaldırıla bilər ki, bu da insanların daha keyfiyyətli həyat sürməsinə şərait yaradır. Dərman müalicəsi ən azı 3-4 ay davam etdirilməlidir. Lakin xəstələr tez-tez şikayətləri aradan qalxan kimi yaxşılaşdıqlarını düşünür və dərman qəbul etməyi dayandırırlar. Nəticədə, simptomlar bir neçə gündən sonra yenidən görünür. Ona görə də uğurlu nəticə əldə etmək üçün insanlar dərmanlarından mütəmadi olaraq və həkimin tövsiyə etdiyi müddətdə istifadə etməlidirlər.

Yaz allergiyasının müalicəsində peyvəndin rolu

Peyvənd müalicəsinin məqsədi orqanizmi allergik olduğu allergenə tədricən alışdırmaq və bu maddəyə reaksiyanı azaltmaqdır. Ancaq peyvənd müalicəsi çox mübahisəlidir. Fəaliyyət mexanizmi hələ tam açıqlanmadığından, gələcəkdə orqanizmdə hansı reaksiyanın baş verəcəyi bəlli deyil. Bahar allergiyasının dərman müalicəsi artıq xəstələrin şikayətlərini xeyli yüngülləşdirə bilir. Buna görə də peyvənd müalicəsi yalnız dərman müalicəsinin heç bir faydası olmadıqda, orqanizm yalnız bir alerjenə reaksiya verərsə və insan bu maddədən qoruna bilmirsə edilməlidir. Riskli bir müalicə üsulu olduğundan, peyvəndin xəstəxana mühitində və allergiya mövzusunda təhsil almış bir mütəxəssis tərəfindən tətbiq edilməsinə diqqət yetirilməlidir. Əks halda peyvəndlər fayda vermək əvəzinə “anafilaktik şok” adlanan ciddi nəticələrə səbəb ola bilər. Ona görə də seçici olmaq, hər xəstəyə peyvənd müalicəsi verməmək lazımdır.

Mənbə: Acıbadem Sağlık Grubu

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et