Bu gün:

İnsanlar niyə özlərini çirkin hiss edirlər?


Özünü çirkin hiss etmək

Hər kəs gözəl görünməyi və bəyənilməyi sevir. Gözəllik anlayışı insandan insana dəyişə bilər. Ancaq ən əsası insanın özü haqqında nə düşündüyüdür.

İnsanlar özləri üçün kifayət qədər dəyərli olduqda, nə qədər gözəl olduqlarının əhəmiyyəti olmayacaq. Çünki hər kəs olduğu kimi dəyərlidir və dəyərli olmaqları gözəllik şəraitindən asılı deyil.

Niyə insanlar özlərini çirkin hiss edirlər?

Gözəlliyin nisbətləri, xalları, ədədi dəyərləri və rəngləri müəyyən edilsə də, bu, çox fərdi bir anlayışdır. Gözəllik yarışmalarında birinci seçilən insanlar belə insana kifayət qədər gözəl görünməyə bilər. Ancaq güzgüyə baxıldığı zaman insanın özünü nə qədər gözəl tapmağı bir çox amillərdən asılıdır.

Uşaqlıqda insanın gözəl olduğu hissi ilə böyüməsi, yoxsa özünü çirkin hiss edərək böyüməsi?

Əgər insana ailə daxilində, bacı-qardaşlar arasında və ya digər uşaqlarla müqayisədə çirkin olduğu hiss etdirilsə, bu inanc ömür boyu davam edə bilər. Özünü qavrayış deyilən anlayış insanın özünü necə bir insan kimi hiss etdiyini müəyyən edir. Əgər özünü yetərincə gözəl və ya çirkin olmayan biri kimi qiymətləndirirsə, bu onun özünü qavrayışıyla bağlıdır.

Əgər çirkin hisslər arabir deyil, daimidirsə, bu, bədən imiciylə əlaqəli ola bilər. İnsanlar başqalarının fiziki qüsurlarını görməməzliyə vura və ya onları normal hesab edə və öz qüsurlarını düşünə bilərlər. Bu, insanın bədənini real olaraq qiymətləndirməməsindən ibarətdir.

Sosial medianın təsiri, mədəniyyətlərin gözəllik qavrayışları, məşhurların gözəlləşmə yolları, makiyaj hiylələri, estetik olmağa təşviq kimi amillər çirkinliyin təzyiqində təsirlidir. Hər kəs fərqinə varmasa belə, daim bu təzyiqə məruz qalır. 

Mənbə: dengem

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et