Bu gün:

Mazoxist insanlar necə olur?


Mazoxizm fiziki və ruhi ağrıları sevən və həzz alan insanları təsvir edən bir xəstəlikdir. Mazoxist insanlar şüurlu şəkildə özlərinə zərər verirlər və bundan həzz alırlar, lakin bu, travmaya və psixoloji problemlərə səbəb olur.

Mazoxizm daha çox uşaqlıqda travma almış insanlarda görülür. Sağlam insanlar da bütün canlılar kimi ağrıdan və ağrıya səbəb ola biləcək vəziyyətlərdən qaçmağa üstünlük verirlər. Mazoxist insanlarda isə bunun əksi olur.

Mazoxizmin əlamətləri: 

Mazoxizmin simptomları insandan insana və növündən asılı olaraq fərqli ola bilər. Belə hallar çox vaxt mürəkkəb psixoloji faktorlar əsasında baş verir. Mazoxizmin əlamətlərini aşağıdakı kimi sıralamaq olar:

Fiziki və ya emosional ağrı yaşamaqdan həzz almaq;

Stress, ağrı və ya gərginlik zamanı daha az mənfi reaksiya vermək;

Uğursuzluğu seçmək;

Səlahiyyətli şəxsə itaət etməyə və ya idarə olunmağa üstünlük vermək;

İşgəncə davranışı nümayiş etdirmək;

Kənardan kömək almaqdan çəkinmək və imtina etmək;

Fiziki və ya zehni özünə zərər;

Başqalarına güvənməmək və buna görə depressiyaya düşmək:

Mənfi emosiyalar üzərində konsentrasiya;

Tərk edilmək qorxusunun güclü olması.

Mazoxist insanlar ağrıdan həzz aldıqları üçün buna layiq olduqlarını düşünürlər. Ağrı zamanı bədəndə ifraz olunan endorfin hormonu onları yaxşı hiss etdirir.

Mənbə: memorial.com
Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et