Bu gün:

İnsanların musiqi zövqləri niyə bir-birindən fərqlənir?


Musiqinin emosiyalar və şəxsiyyətlə əlaqəsi

Bəzi tədqiqatçılar insanların emosiyaları musiqi vasitəsilə yaşamasını və ya o an necə hiss etmək istədiklərinə görə musiqi seçdiklərini irəli sürürlər. 2011-ci ildə aparılan bir araşdırmaya görə, musiqi tərzindən asılı olmayaraq, seçimləri insanların musiqi dinləyərkən hiss etdikləri duyğuları əks etdirə bilər.

Bəzi insanlar sakit və rahat musiqiyə üstünlük verirlər, digər insanların emosiyaları klassik musiqidən qaynaqlanır. Bununla belə, bəziləri Country, Folk və bəzi Pop musiqiləri ilə məşğul olan müğənnilərə və mahnı müəlliflərinə üstünlük verirlər. Müəyyən janrlar və üslublar üçün üstünlüklər mahnıların ilk dəfə eşidildiyi vaxtdan və məkandan qaynaqlana bilər və ya ətrafda baş verənlərdən asılı olmayaraq fərdin özünəməxsus ola bilər.

İnsanlar həyatlarının müəyyən dövrlərində müəyyən musiqi növlərini bəyənsələr də, musiqi seçimləri zaman keçdikcə təcrübələrinə görə dəyişir. Çətin vaxt keçirilirsə, daha şən mahnılar axtarmaq olar. Digər tərəfdən, bəzi insanlar çətin anlarda həzin mahnılara müraciət edirlər. Bu zaman insanlar kədərlərini musiqi ilə yaşamaq istəyirlər və hisslərini anlamağa kömək edəcək mahnılar axtararlar.

Musiqi zövqü musiqi janrlarından və ya üslublarından daha dərin bir anlayışdır. Məsələn Pop və Rok musiqisini sevənlərin hamısı eyni Pop və ya Rok musiqisini sevmir.

Şəxsiyyət və musiqi zövqünün qarşılıqlı əlaqəsi ilə bağlı araşdırmalar göstərir ki, insanın musiqi zövqü başqa insanlara onun necə şəxsiyyət olduğunu söyləyə bilər. 

Musiqi seçimlərinə nə təsir edir?

Dünyada dinlənilən 765 milyon mahnı üzərində aparılan araşdırma insanların musiqiyə qulaq asmasının səbəblərini aydınlaşdırıb. İnsanların üstünlükləri günün vaxtından, yaşlarından və müəyyən musiqi üslublarından asılı olaraq dəyişirdi. Bir çox insanlar gecə daha rahatlatıcı musiqi dinləsə də, gün ərzində daha yüksək templi mahnılara qulaq asırdılar. Bir sözlə, insanların mühiti, əhval-ruhiyyəsi onların üstünlüklərini formalaşdırırdı.

Xülasə, insanların xasiyyətləri mürəkkəbdir və bəyəndikləri musiqinin də bununla əlaqəsi ola bilər. İnsanlar musiqi istehsal etdikdə insan beyni unikal üsullarla işləyir. Bəziləri müəyyən musiqiyə fiziki reaksiya verə bilər, bəziləri isə olmaya bilər. İnsanlar musiqiçilərin mahnılarını bəyənə bilərlər, çünki onlar həmin insanın baxışlarını öz baxışlarına bənzədirlər. Buna görə də bəzi mahnıları hamı tərəfindən məşhur edən onların təəccübləndirmələri, maraq oyatmaları və bir çox fərqli dinləyiciləri əyləndirmələridir. Nəticə ondan ibarətdir ki, hər bir insan bir çox cəhətdən unikaldır və onların musiqi zövqləri bu unikal cəhətləri əks etdirir.

Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et