Bu gün:

Uzun saatlarla oturub işləmək sizi tez  öldürə bilər


Gündə 8 saatdan çox oturub işləməyin erkən ölüm riskini artıra biləcəyi müəyyən edilib. Avstraliyanın Sidney Universitetinin alimlərinin apardığı araşdırmalar göstərib ki, nə qədər çox oturub çalışsanız, bir o qədər çox sağlamlıq problemlərinə məruz qala bilərsiniz.

Tədqiqat çərçivəsindəki elm adamları 200 min insandan gündə neçə saat oturduqları ilə bağlı sorğu doldurmağı xahiş edib və 45 yaşdan yuxarı, gündə 11 saat və ya daha çox oturan insanların 3 il ərzində ölüm riski ilə üzləşdiyini müəyyən ediblər. Gündə yalnız 4 saatını oturaraq keçirənlərin ölüm riskindən yüzdə 40 faiz  daha yüksək olduğunu vurğulanıb.

Alimlər nizamlı idmana baxmayaraq, uzun müddət oturmanın xolesterinin əsas komponenti olan trigliserid səviyyələrinin artmasına, bitki və heyvan yağlarına, ürək-damar xəstəliklərinə səbəb ola biləcəyinə diqqət çəkərək, çox oturan insanların da şəkər diabeti  riskinin arta biləcəyini ifadə ediblər.

Araşdırma Amerikanın “Archives of Internal Medicine” jurnalında dərc olunub.

Məqalə Fransanın “Le Figaro” qəzetinin saytında da yer alıb.

Tərcümə etdi: Səma Cəlilova
Mənbə: CCN

Paylaş
Şərh əlavə et