Bu gün:

Stoisizm nədir?


Stoisizm ağlın duyğulardan üstün olduğunu müdafiə edən fəlsəfi bir elmdir. Bundan başqa stoisizmi digər fəlsəfələrdən fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri də hər şeyin konkret və maddi olduğunu iddia etmələridir.

Stoiklər Tanrının və ruhun da görünən, konkret varlıqlar olduğunu iddia edirdilər. Bu baxımdan idealistlərdən fərqlənən stoiklər ölümü də xilas olaraq görürlər. Onların fikrincə, ölüm başqa dünyalara açılan bir qapıdır və qaçılmazdır. Ona görə də ölümdən qaçmaq əvəzinə onunla üz-üzə gəlmək lazımdır. 

Stoa adı Stoa Poikile adlı bir rəsm emalatxanasından gəlir. Qədim Yunanıstanda yaşayış məntəqəsi olan Stoa adı sonralar bu fəlsəfi intizamla əlaqələndirilib. 

Stoisizm Fəlsəfə Sitatları

1- Həqiqi xoşbəxtlik, azadlıq tələb etmək və ona sahib olmaqdır.  (Kipr Zenon) 

2- Xoşbəxtlik insanın özündədir, başqa yerdə deyil.(Marcus Aurelius)

3- Harada həyat varsa, orada ümid vardır. (Siseron) 

Mənbə: Milliyet

Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et