Bu gün:

Terapevtlərin fikrincə sizi daha inamlı göstərəcək bəzi fəndlər


Özünə inam doğuşdan gələn bir xüsusiyyət deyil. Bədəninizdəki əzələlər kimi, davamlı məşqlə hər gün inkşaf edən və formalaşan bir şeydir. Dəyərinizi insanlara hiss etdirmək və özünüz haqqında müsbət düşüncə tərzini formalaşdırmaq, uzunmüddətli perspektivdə inam yaratmağın mümükün yolları var.

Başqalarının qarşısında daha inamlı görünmək və hiss etmək üçün psixoloqların tövsiyə etdiyi bəzi fəndlər:

1. Mənfi fərziyyələri tərsinə çevirin
Özümüz dərk etmədən, tez-tez çatışmayan bacarıqlar haqqında fərziyyələr irəli sürürük. Deyək ki, utancaq bitişən və tez-tez utanc hissi yaşayırsan. Ona görə də indi başqalarının qarşısında danışmağı faciəvi bir şey hesab edirsən. Təəssüf ki, müdiriniz sizdən komanda təqdimatı etməyinizi xahiş etdi.


Özünüz haqqında olan mənfi inanclarınızı tərsinə çevirərək onlara meydan oxuyun. Sadəcə olaraq bunun  kimi fikirləri hər gün təkrarlaya bilərsiniz: "Mən əla natiqəm və insanlar mənim fikirlərimi eşitmək istəyirlər". Əsas məsələ özünüzə nəyi təlqin etmək istədiyinizi bilməkdir.

2. “Düşünürəm” və ya “əmin deyiləm” tipli cümlələr qurmayın
Sizi daha peşəkar və bacarıqlı kimi göstərəcək zəif söz və ifadələri işlətməyin.
Başqaları ilə danışarkən cümlələri "Mən düşünürəm" və ya "Əmin deyiləm" ilə başlamaq və ya bitirməkdən çəkinin. Bunun əvəzinə özünün xüsusi söhbətin idarəçisi kimi hiss etdirəcək "İnanıram" sözünü istifadə edin.
"Mənim fikrimcə" kimi digər ifadələr də sizi daha az inamlı göstərir. 


3. Özgüvənli olduğunuz bir məqamı xatırlayın
Əsəbi hiss etdiyiniz bir şeyi etməzdən əvvəl, optimal enerji, diqqət və nailiyyət səviyyəsinə malik olduğunuz əvvəlki təcrübələrinzi xəyalınızda canlandırmağa çalışın. 

Beyninizdəki hadisəni nəzərdən keçirin. Sən nə edirdin? Orada kim var idi? Başqalarından necə cavab aldınız? Bitəndə özünüzü necə hiss etdiniz? Daha sonra yaranan müsbət enerjini hazırkı inamsız olduğunuz işimizə tətbiq edib


4. Sosial şəbəkələrdən uzaqlaşın
Sosial mediada vaxt itirmək və özünüzü başqaları ilə müqayisə etmək çox asandır. Ancaq unutmayın ki, gördüyünüz həmin yazılar və ya videolar heç də həmişə reallığı əks etdirmir. Heç kimin həyatı mükəmməl deyil.
Güvən özünüzə, öz qabiliyyətlərinizə və şəxsi səyahətinizdə olduğunuz yerə inanmaqdan irəli gəlir. Özünüzü həyatlarında yalnız "qlamur" şeyləri paylaşan insanlarla müqayisə etmək, öz nailiyyətlərinizi aydın görməyinizə maneə olacaq. Özünüzdən əmin olmadığınız zaman və ya çətin bir iş görmək istəyəndə sosial mediaya girməyin. Bunun əvəzinə bir dəftər götürün və qürur duyduğunuz işləriniz haqqında yazın.


5. Sizi güclü hiss etdirən bir şey geyinin.
Hər kəsin özünü xüsusi hiss etdiyi bir geyimi mütləq var. Özünüzə inamınızın olnadığı və ya darıxdırıcı bir gün keçirdiyiniz zaman həmin geyimlərdən istifadə etmək əla seçim olacaq. 
Araşdırmalar göstərib ki, geyindiyimiz paltarlar idrak proseslərimizə təsir edə bilir. Onlar sizin performansınızı və başqalarının sizin haqqınızda təəssüratlarını yüksəldə bilər.



Mənbə: CNBC.com

Tərcümə etdi: Aydın Hacıyev

Paylaş
Şərh əlavə et