Bu gün:

"Təbiət hadisələrinin insan psixologiyasına təsiri"


24Media.az-ın "1 sual 1 cavab" rubrikasının budəfəki qonağı psixoloq Gülnar Orucovadır. O, təbiət hadisələrinin insan psixologiyasına və səhhətinə necə təsir etməsi haqqında danışıb.

Təbiət hadisələri insan psixologiyasına və səhhətinə necə təsir edir?

-İnsanlar təbiət hadisələrinə müxtəlif cür reaksiyalar verirlər. Bu onların duyğularına bağlı olaraq dəyişir. Yağışlı havada insanlar həddindən artıq duyğusal olurlar və keçmişə qayıdırlar, alınmayan sevgilərini xatırlayırlar. Bəziləri isə daha romantik olurlar. Yağışlı havada, yağışın altında sevdiyi insanla gəzmək onlara daha xoş təsir bağışlayır. Həmiçinin günəşdən enerji alan insanlar da var. Günəşdə serotonin (xoşbəxtlik hormonu) var. Bu, insanları xoşbəxt edir. Bəzən günəş göyün üzündə olanda insanlar səbəbsiz yerə çox xoşbəxt olurlar. Bəzən də hava buludlu olarkən insanlar sıxılmağa başlayırlar. Qarlı havalarda isə insan düşünür ki, sanki nağıllar aləmindədir. Qar hər bir insanda başqa hislər oyadır. Eyni zamanda insanlar da, xüsusilə də Azərbaycan da gec qar yağdığına görə sanki bir bayram əhval- ruhiyyəsi formalaşır. İnsanlar təbiət hadisələri içərisində  yağışa və qara daha çox reaksiya bildirirlər. Ümumiyyətlə, insanın əhval-ruhiyyəsi, onun hisləri birbaşa hava ilə, təbiət hadisələri ilə əlaqəli ola bilər.

Nuray Mürsəlova

 

Paylaş
Şərh əlavə et