Bu gün:

Plasebo effekti nədir?


Plasebo effekti insan şüurunun saysız-hesabsız heyrətamiz xüsusiyyətlərindən biridir. İnsan şüurunun möcüzələrindən istifadə edərək zehni tanımağa çalışmaq paradoksal görünsə də, əslində bu, gündəlik həyatımızdan bir yanaşmadır.

Plasebo effekti insanın farmakoloji təsiri olmayan saxta dərmanın təsirli olduğunu düşünərək yaxşılaşmasıdır. Ümumiyyətlə, plasebo tibbi və psixoloji bir termindir və müalicə almadığı halda, ona müalicənin tətbiq olunduğuna inanaraq yaxşılaşan bir insanı təsvir edir.

Heç bir müalicə təsiri olmayan plasebo, gücünü tamamilə xəstənin müalicə aldığı və sağalacağı inancından alır. Bu təkmilləşdirmə inancların insan həyatında nə qədər əhəmiyyətli olduğunu ortaya qoyur.

Plasebo effektini kim kəşf edib?

Bu effektin bir fenomen olaraq ortaya çıxması 18-ci əsrə təsadüf etsə də, indiki tanınmasını Henri K. Biçerin 1955-ci ildə yazdığı "Güclü Plasebo" məqaləsi ilə qazanmışdır.

Onlar beynimizin kimyasına təsir edə bilər. Fizioloji dəyişikliklər plasebo effektinin real olub-olmaması sualına bəli cavabının sübutu kimi göstərilə bilər.

İnancın gücünü və zehnin tapdalanmayan otaqlarını kəşf etmək, onun yarada biləcəyi təsirləri görmək və bizi çox həyəcanlandıran bu gözəl orqana sahib olduğumuzu bilmək çoxumuz üçün maraqlı bir hiss olmalıdır.

Plasebo dərmanı nədir?

Plasebo dərmanı həqiqi müalicəyə bənzəyən lakin xəstəliyə və ya sağlamlıq vəziyyətinə məlum təsiri olmayan bir maddə və ya tibbi prosedurdur. Demək olar ki, bu, mahiyyət etibarilə eksperimental və ya digər səbəblərdən təklif edilən saxta müalicədir.

Mənbə: hiwellapp.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et