Bu gün:

Beynimizin gücü


Beynimizi bizi idarə edən və bizə yol göstərən bir orqan kimi təsvir etmək olar. Lakin heç beynimizin gücü haqqında düşündüyünüz olubmu? 

Biz öz həyatımızdan bilirik ki, beynimiz hər zaman reallıqla fantaziyanı ayırd edə bilmir. Məsələn, Qorxu filminə baxanda adam məni boğacaqmış kimi qorxuram. Psixoterapiya da təxəyyüldən maksimum dərəcədə istifadə edir. Xüsusilə, qorxu və travmatik təcrübələr zamanı pasiyentin yuxularında qorxulu vəziyyətə girmələri dəstəklənir və insan vecsiz qalmağı öyrənir.

Biz bunları bilirdik, lakin beyin tədqiqatçısı Alvero Pascual-Leone Harvard Tibb Mərkəzində bir sıra tədqiqatlara başlayana və beynimizin nəyə qadir olduğunu araşdırana qədər beynin bunu necə etdiyini bilmirdik.

Əvvəldən belə hesab olunurdu ki, böyüklərin beyninin həm quruluşunu, həm də funksiyasını öyrənməklə dəyişmək mümkün deyil. Bu, əslində, genetik olaraq, məsələn, beyində; Gözlərdən gələn siqnalları ötürən neyronların olduğuna inanılırdı və başqa bir qrup neyron da ölənə qədər barmaqları hərəkət etdirəcək və bunları, yalnız bunları edəcək. 

Leone bəzi könüllülərə metronomun sürətinə uyğun olaraq pianoda bir parçanı mümkün qədər rəvan çalmağı söyləyir.Könüllülər 5 gün ərzində hər biri iki saat olmaqla öz məşqlərini edirlər. Onlar hər gün məşq etməyi bitirdikdən sonra beyinlərindəki neyronların nə qədər aktiv olduğunu ölçən cihaza (TMS) qoşulurlar. Cihaz pianoda ifa etmək üçün nə qədər motor korteksinin tələb olunduğunu ölçür. Tədqiqatçılar bir həftəlik məşqdən sonra barmaqları hərəkət etdirmək üçün lazım olan sahənin genişlənərək yan nahiyələrə qədər uzandığını görürlər.

Əslində, bu kəşfi dəstəkləyən digər tədqiqatlar da bir müddətdir ki, göstərilirdi. Müəyyən bir əzələ qrupunu məşq edərkən, beyin paralel olaraq daha böyük bir bölgəni əhatə edir.

Bununla belə, Leone araşdırmaya başqa bir element də əlavə etdi: O, başqa bir qrup könüllüləri fortepianoda ifa etdirmədi, lakin onlardan sanki oynayırlarmış kimi düşünmələrini və təsəvvür etmələrini istədi. Təcrübə zamanı subyektlər barmaqlarını tərpətməsələr də, yuxularında barmaqlarını hərəkət etdirdiklərini düşünürdülər.

Hər iki qrupun beyin ölçülərini müqayisə etdikdə, bu sahədə inqilabi nəticələri açıq şəkildə gördülər. Piano çalmağı düşünmək və ya təsəvvür etmək motor korteksinin sahəsinin genişlənməsinə səbəb oldu. Sanki əslində pianoda ifa ediblər. Zehni məşq beynin özünü yenidən təşkil etməsinə və daha əsaslı olaraq fiziki quruluşunu dəyişdirməsinə səbəb ola bilər.

Beynin quruluşunun dəyişməyəcəyinə olan inancın mühüm praktik nəticələri var idi. Misal üçün; İnsult xəstələri üçün edilə biləcəklərin çox məhdud olduğuna inanılırdı. Digər mühüm nəticə; Bu, beyində psixiatrik pozğunluqlara səbəb olan patoloji təşkilatın düzəldilə bilməyəcəyi inancı idi.

İndi deyə bilərik ki, bu fikir yanlış ifadə edilib və əslində, yetkin bir beyin inanılmaz “plastikliyə” malikdir, yəni öyrənmə yolu ilə öz strukturunu və funksiyasını dəyişmək qabiliyyətinə malikdir. Bu, həm beyin zədələnməsinin reabilitasiyasında, həm də bir çox psixiatrik pozğunluqlarda bizim üçün yeni qapılar açır.

Mənbə: dbe.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et