Bu gün:

Sevgi və eşq arasındakı fərq nədir?


Sevginin nə olduğu sualı həmişə soruşulub və cavabı maraqla qarşılanıb. Sədaqət insana maraqla yanaşı sevgi deməkdir. Ancaq sevginin inkişafı üçün zaman lazımdır. Həmin insanı tanımaq, onu anlamaq və ona necə dəyər verdiyini görmək ən vacib meyarlardandır. Xüsusilə fırtınalı vaxtlarda sevgini sığınacaq kimi ifadə etmək olar. Çünki sevgi yarandıqdan sonra qeyd-şərtsiz verilən dəstək deməkdir. Ən əsası sevgi ömür boyu davam edir.

Buna görə də, sevgi və eşqin müqayisəsinə gəldikdə, sevgi çox üstün və fövqəladə bir vəziyyətdir. Ancaq  öhdəlik kimi ortaya çıxacaq olan sevgi üçün ilk növbədə eşqin yaşanması lazımdır. Eşq ilə insanlar bir-birinə daha da yaxınlaşır və bir-birini tanımaq prosesindən sonra doğru meyarlar qarşılandıqda tədricən sevgi meydana çıxır.


Əsrlər boyu sevgi ilə eşq arasındakı fərq həmişə müzakirə edilmiş və ifadə edilmişdir. Bu məsələni qısaca izah etmək üçün əvvəlcə onların qarşılıqlı təriflərini vermək düzgün olardı.


Sevgi: Bir insana bağlılıq və maraq kimi ifadə edilir.


Eşq: Kimyəvi bir proseslə birlikdə hormonal olaraq yaşanan müvəqqəti bir valehedicilikdir.


Əslində buradan da eşq ilə sevgi arasındakı fərq asanlıqla ortaya çıxa bilər. Sevgi əmələ gələndən sonra qarşılıq almadan daha da böyüyür. Bir-birini sevən insanlar həmişə bir-birini qeyd-şərtsiz dəstəkləyir.


Amma eşq müvəqqətidir. Fiziki və bəzi fərqli kriteriyalarla formalaşan qarşı tərəfin xoşuna gəlmə cəhdindən başlayır. Bu təqdir bədəndə ifraz olunan hormonlarla heyranlıq həddinə çatır və eşq ortaya çıxır. Ancaq insanın qarşı tərəfdən arzuladığı kriteriyalar yerinə yetirilmədikdə, eşq müəyyən müddət ərzində yox olur.


Mənbə: milliyet.com.tr

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et