Bu gün:

Diqqət əskikliyi və hiperaktivlik pozğunluğu nədir?


Hiperaktivlik, ümumiyyətlə, beyinə və davranışa təsir edən qeyri-adi dərəcədə aktiv bir vəziyyətdir. Diqqət dağınıqliğı və  hiperaktivlik pozğunluğu tez-tez erkən yaşda ailələr tərəfindən müşahidə edilə bilər. 

Qardaş Türkiyədə aparılan araşdırmalar hər 20 uşaqdan birinin Diqqət əksikliyi və hiperaktivlik pozğunluğu olduğunu sübut edib. Belə insanlar impulsiv davranışlarını idarə etməkdə çətinlik çəkirlər. Davranışlarının nəticəsini düşünmədən hərəkət edirlər. Bu vəziyyət uşaqlarda zəif özünüdərketmə, sosial münasibətlərdə problemlər və məktəbdəki uğursuzluğa səbəb olur.

Belə pozğunluq körpə hələ ana bətnindəykən meydana gəlir. Bu sinir sistemi və beyin inkişafına təsir göstərir. Bütün bunlara əlavə olaraq diqqət əksikliyi və hiperaktivlik pozğunluğu zehni problemlərə səbəb olan bir nevro inkişaf pozğunluğudur.

Diqqət əskikliyi – hiperaktivlik pozğunluğunun əlamətləri hansılardır?

Diqqət əskikliyi və hiperaktivlik pozğunluğunun çoxsaylı simptomları olsa da, ancaq hər fərddə eyni simptomlar özünü  göstərmir. Simptomlar fərdin yaşına, ətraf mühitə və xəstənin istəklərinə görə dəyişə bilər. Bəzi uşaqlarda bu hal yalnız hiperaktivlik, bəzilərin də isə yalnız yayındırma kimi özünü göstərə bilər. Həddindən artıq aktiv olan uşaqlar başqalarına nisbətən kifayət qədər danışıq qabiliyyətlidirlər. Çox uzun bir yerdə dayanmaq istəmədikləri üçün müşahidə edilə biləcək qədər narahat ola bilərlər. Daim məşğul olmaq üçün bir fəaliyyət tapa və bu fəaliyyətlə daim məşğul ola bilərlər. Diqqət problemi olan uşaqlarda unutqanlıq olduqca yayğındır. Bir işdə olarkən diqqətləri asanlıqla başqa bir vəziyyətə keçə bilər. Bu xəstəliyi olan şəxslər ümumiyyətlə, qarşı tərəfin danışdıqlarını dinləmirlər. Başqa insanlarla işbirliyi etməkdə çətinlik çəkirlər. 

Diqqət əksikliyi və hiperaktivlik pozğunluğu olan uşaqlar bir işi bitirməkdə böyük çətinlik çəkirlər. Çox vaxt bu işi bitirmədən əvvəl başqa bir işə keçirlər. Yeni bir işə başlamaları da çox uzun ola bilər.

Diqqət əskikliyi hiperaktivlik pozğunluğu hansı səbəblərdən yarana bilər?

Aparılan bütün araşdırmalara baxmayaraq bu halın dəqiq səbəbi hələ də tapılmayıb. Ancaq bu problemin bir çox faktorun bir araya gətirərək meydana gəldiyi düşünülür. Genetik müayinə edildikdə eyni pozğunluğun ailəsində diqqət əskikliyi və hiperaktivlik pozğunluğu olan şəxslərin 75%-də müşahidə olunduğu aşkar edilib. Bu yüksək ehtimala baxmayaraq diqqət əksikliyi və hiperaktivlik pozğunluğunun yalnız anadan və ya yalnız atadan gələn genlərlə meydana gəldiyi deyilə bilməz. Bundan əlavə, bu pozğunluğu olan şəxslərin beyin quruluşu ilə bağlı bir çox iş aparılmışdır. Araşdırmalar nəticəsində bəzi fərqlər müəyyənləşdirilsə də, qəti bir nəticəyə gəlmək mümkün olmamışdır.

Diqqət əskikliyi hiperaktivlik pozğunluğuna necə diaqnoz qoyulur?

Müayinə uşağın gündəlik həyatında və ya məktəb həyatında hər hansı bir problem yaratmadığı təqdirdə lazım ola bilməz. Diaqnoz qoymaq üçün heç bir sadə və ya mənalı bir test yoxdur. Qəti bir diaqnoz qoymaq üçün ümumiyyətlə uşaq psixiatrına müraciət olunur. Psixiatrın bəzi ətraflı müayinələrindən sonra diaqnoz qoymaq mümkündür. Narahat davranışın mümkün səbəblərini araşdırmaq üçün tibbi müayinə aparıla bilər.

Mənbə: Britannica.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et