Bu gün:

“Yox" deməyi bacaran insan…”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi psixoloq Aynur İsmayılovadır. O , "yox" deyərkən yaşadığımız çətinlik səbəblərini açıqlayıb.


-Sizcə, yox dəyərkən çətinlik çəkməmizin səbəbi nədir?

Bəzi valideynlər uşaqlıqdan öz övladlarımızı razılığa gətirmək üçün onların qarşısına itirmə qorxusu qoyur. Məsələn, “əgər bu yeməyi yeməsən, sənin anan olmayacam" kimi. Yəni uşağın "yox" dediyi bir şeyi razılaşdırıb, ondan "hə" cavabı alırlar. Ona görə də uşaq bu itirmə qorxusu ilə, mən "yox" deyərəmsə, nələrisə itirəcəm fikri ilə yaşayır. Və cəmiyətimizdə, milli mental qaydalarımızda "yox" deyən insan “pis insan” kimi başa düşülür. Ona görə də, biz bəzən öz istək-arzularımızın üstündən keçib, başqalarına "hə" deyir, "xeyr, yox" cümlələrini deyə bilmirik. 


Nəticə etibarilə, "yox" deyə bilməyən insanlar özgüvənsiz insanlardır. Çünki ailə fonunda belə "yox" deyən uşağı “pis uşaq” kimi qiymətləndirirlər. “Xeyr" deyən insan artıq cəmiyyətimizdə eqoist insan adlandırılsa da,  amma eqoist insanla " yox" deməyi bacaran insan arasında, həqiqətən də, çox böyük fərq var. Bunu bacarmaq insanın öz arzularının arxasınca getməyi, seçim etməyi bacarmaqdır. "Yox" deməyi bacaran insan artıq öz seçimlərinə "hə" deməyi bacarır.


“Xeyr" deyib  arzularının arxasınca qaçan insanlar öz qabiliyyətlərini üzə çıxaran insanlardır. Amma "yox" demək sözü, ilk növbədə, ailədən gəlir. Çünki ailədə biz uşağı bizə "hə" deməyə razılaşdırırıq, cəmiyyət də artıq bunu belə qarşılayır. Lakin çox şeyə "yox" deyən insanlar həmişə hər bir sahədə irəliləyən insanlardır.


Günay Məmmədova

Paylaş
Şərh əlavə et