Bu gün:

Hətta keçmiş pis xatirələr ilə dolu olsa belə onu sevirik


Nostaljinin keçmiş ilə bağlı həsrət hissidir. Bu iki şəkildə baş verə bilər. Bəzən faktorsuz, bəzən də hisslər vasitəsilə nostalgiya yaşaya bilərik.
Heç bir faktor olmadan baş verən nostalji hissi potensial depressiya və hər cür narahatlığın öhdəsindən gəlmək üçün beynin bir müdafiə mexanizmidir. Həftədə bir neçə dəfə nostalji hiss etmək, ümumiyyətlə, insan özünü yaxşı hiss etsə də, çoxunun gələcək narahatlıq və depressiyaya səbəb ola biləcəyini göstərən araşdırmalar var.

Müxtəlif xatirələr bir araya gətirilir, mənfiləri müsbət olanlarla süzgəcdən keçirib inteqrasiya edilir. Keçmişlə bağlı çox pis xatirələr ola bilər, amma beyin nostalji yaradarkən bunları görməməzliyə vurmağa çalışır. Nostalji keçmiş xatirələrin bütünü olduğu üçün konkret bir yaddaşa diqqət yetirmir. Bu, insanı xatirələr arasında gəzməyə vadar edir, buna görə də diqqəti tək bir yaddaşa deyil, onun baş verdiyi dövrlərə yönəldir. 

İnsanlara nostalji hiss etdirən ən mühüm amil duyğulardır. Xüsusilə qoxular və musiqilər nostaljiyə səbəb ola bilər. Bunun səbəbi, burnun bilavasitə emosiyaların yerləşdiyi beynin limbik sistemi ilə əlaqəli olmasıdır. Orta hesabla bir insan təxminən 10.000 fərqli qoxu aşkar edə bilər və hər biri bu qoxuları fərqli təcrübələrlə əlaqələndirə və eyni qoxuya fərqli reaksiya vermələrinə səbəb ola bilər. İy bilməmizi təmin edən imkan verən sistem olan qoxu sistemi, duyğuları emal edən amigdalaya güclü bir girişə malikdir. Burada stimullaşdırılan xatirələr əsasən yaxşı və daha güclüdür. Amigdala limbik sistemin güclü duyğulara və motivasiyaya səbəb olan hissəsidir. Qoxular birbaşa beynin bu hissəsinə yönəldilir. Bu, nostaljinin niyə tez-tez müsbət emosiyalarla nəticələndiyini izah etmək üçün bir yoldur. Limbik sistemdə əsas funksiyaları həm yaddaş, həm də duyğuların gücləndirilməsi olan hipokampus da yerləşir. Burun beynin xatirələr və hisslər üçün çox vacib olan bu iki hissəsi ilə əlaqəli olduğundan, qoxuların nostaljiyə səbəb olma ehtimalı güclüdür.

Mənbə: Ekşi Şeyler

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et