Bu gün:

Qucaqlaşmaq insanlara xeyirdirmi?


İnsanlar qucaqlaşdığı zaman ifraz olunan oksitosin hormonu sevgi və məhəbbət kimi duyğuların qaynaqlarından biridir və immunitet sisteminin güclənməsinə təsir edir.

Qucaqlaşmaq sevgini daşımaq üçün yeganə vasitədir. İnsanlar bir-birlərinə olan bağlarını və sevgilərini ən asan və tez-tez qucaqlaşaraq göstərirlər. Qucaqlaşmaq insanın sevdikləri ilə arasındakı bağı gücləndirir, tək olmadığını və onlara dəstək olan birinin olduğunu hiss etdirir.

Sevginin gücünün müalicəvi təsirləri olduğu həmişə eşidilib. Təbii ki, buna inanmayanlar və sevginin narkotik kimi təsirinin olmadığını düşünənlər də var, amma sevginin bədənə təsiri elmi həqiqətdir. Araşdırmalar göstərir ki, bir-birini sevən iki insanın 20 saniyə qucaqlaşması insan orqanizminə bir çox müsbət təsirlər göstərir.

Qucaqlaşmaq sağlamlıq üçün faydalıdır və immuniteti gücləndirir

Qucaqlaşılan zaman ifraz olunan oksitosin hormonu immunitet sistemini gücləndirir. İmmuniteti güclənən orqanizm xəstəliklər və infeksiyalarla daha asan mübarizə aparır. Həkimlər xərçənglə mübarizə aparan xəstələrin immunitetini gücləndirmək və sağalmağa həvəsləndirmək üçün bu proses zamanı yaxınlarının onların yanında olmasını tövsiyə edir. Bu səbəbdən də oksitosin ifraz etdiyi üçün qucaqlaşmağın sağlamlığa təsir etdiyini söyləmək olar.

Araşdırmalar göstərib ki, qucaqlaşma zamanı ifraz olunan oksitosin ürək xəstəlikləri riskini azaldır. 20 saniyə qucaqlaşmağın qan təzyiqini aşağı saldığı və ürək döyüntüsünü yavaşlatdığı sübut edilmişdir.

Qucaqlamaq ağrıya qarşı müqaviməti gücləndirir

Qucaqlaşma zamanı ifraz olunan oksitosin hormonu insanları daha müsbət düşünməyə istiqamətləndirir. Bu, daha sakit qalmağa və gündəlik həyatda qarşılaşılan neqativlərə qarşı stress keçirməməyə imkan verir. Beləliklə, qucaqlaşma hərəkəti depressiya, əsəbilik kimi psixi problemlərin qarşısını alır, zehni qoruyur və gücləndirir. İnsanın sevdiyi bir insanı qucaqlaması özünü daha xoşbəxt və dinc hiss etməsinə kömək edir. Xoşbəxtlik səviyyəsi artdıqca ağrıya qarşı müqavimət də eyni dərəcədə artır. 

Mənbə: Klinik Psikolog Cem Kaya

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et