24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi psixoloq Vüsalə Əmiraslanovadır. O, hansı tip hədiyyələrin qadınlara emosional təsir edə biləcəyindən danışıb.
-Hansı tip hədiyyələr qadınlara emosional təsir edə bilər?
Qadınlar özəl günlərdə daim özəl hədiyyələr sevirlər. Amma bu xarakterə bağlı bir məsələdir. Elə qadınlar var ki, maddi olaraq hər hansı bir hədiyyə verilməsini xoşlayırlar ki, özləri istədiklərini seçə bilsinlər. Ümumiyyətlə, hər bir qadının daim istədiyi hədiyyə onu sevindirən, onu digər xanımlardan fərqlənməsinə şərait yaradan hədiyyədir. Ancaq bu yenə də istəyə bağlıdır. Bir çox qadınlar, məsələn, gül hədiyyəsini xoşlayırlar, çünki o görünüş olaraq daha gözəl görünür. Aamma əlbəttə ki, bunun da birbaşa xanımların həm yaşına, həm də xarakterinə bağlılığı var.
Ümumiyyətlə, qadınların ən çox sevdiyi hədiyyələr daha çox 8 mart ərəfəsində ətir, qızıl və gül hədiyyələri olur. Amma bəzi xanımlar da məhz həmin gün hər hansı bir sürprizin olunmasını gözləyirlər. Həmçinin bizim ümumi xanımlarla apardığımız sorğuya görə, onlar daha çox pul hədiyyəsini istəyirlər ki, öz istədiklərini ala bilsinlər. Və yaxud da sürpriz bir gəzinti, sürpriz bir restoran hədiyyəsi və s. daha çox emosional həyəcan yarada bilir.
Aminə Paşazadə
