Bu gün:

“İnsanlar müxtəlif hadisələrə fərqli reaksiyalar verirlər“


24Media.az-ın növbəti müsahibi psixoloq Vüsalə Əmiraslanovadır. O, psixoloji problemlərdən danışıb.


-İnsanlarda olan psixoloji problemlərin üzə çıxacağını əvvəlcədən bilmək olarmı?



Hər bir insanın həyatında çətin günlər olur. Müəyyən problemli situasiyalara düşür. Əlbəttə ki, insanların həyatında olan psixoloji problemləri əvvəlcədən müəyyənləşdirmək çətindir. Lakin yaşadığı həyat tərzi, keçirdiyi travmatik vəziyyətlər, gördüyü hadisələr və s. bizə icazə verir ki, təxmini hansı psixoloji problemlərin olacağını proqnozlaşdıraq. Təbii ki, biz buna birmənalı yanaşa bilmərik. Çünki insanlar müxtəlif hadisələrə fərqli reaksiyalar verirlər. Biz hansısa problemi aşkara çıxarmaq üçün uşaqlıqdan həmin adamı müşahidə etməliyik. Bunu da ən çox nevropotoloq və neyroloqlar müşahidə edirlər. Bununla da, onlar gələcəkdə baş verə biləcək problemləri ortalığa çıxara bilirlər. Burada ən böyük rollardan biri də məktəb psixoloqunun üzərinə düşür. Onlar belə mövzularda aktiv olmalı, müşahidə etməlidirlər. 

Psixoloqsuz kimisə müşahidə etmək çox çətindir. Siz yalnız məsələnin təfəkkürü ilə bağlı nələrsə edə bilərsiniz. Suallar verərək verdiyi cavablara baxa bilərsiniz. Fikirləri, əhval ruhiyyəsi tez-tez dəyişirsə, anlaya bilərsiniz.

Elşən Soltanzadə

Paylaş
Şərh əlavə et