Bu gün:

“İlk uşağın üzərinə düşən məsuliyyət…”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı psixoloq Zeynəb Əyyubovadır. O, ailə psixologiyası ilə bağlı danışıb.

-Ailədəki kiçik uşağın böyük uşaqdan daha çox müstəqil olmasının səbəbi nədir?

- Əksər insanlar bunu təsdiqləyəcək ki, ilk uşaq üçün valideynlər adətən ən yaxşı hazırlığı görür, ən gözəl paltarları alır, hər ay uşağı pediatr yanına aparır və hər yoxlanışdan keçirilir, peyvəndlərinin vaxtında olunmasına xüsusi nəzarət edilir. Bəzən ilk uşağa göstərilən həddindən artıq diqqət digər uşaqlara bu qədər əhəmiyyətli dərəcədə göstərilmir. Həmçinin ilk uşağın üzərinə düşən məsuliyyət də daha çox olur. Onun dərslərinə, davranışına çox diqqət yetirildiyi üçün şüuraltı olaraq, böyük uşaqdan gözlənti daha çox olur. Təbii olaraq, böyük uşaq necədirsə, digərləri də ona oxşamağa başlayır. Adətən böyük uşağın məsuliyyətə daha çox cəlb olunması onda travmaya da səbəb ola bilir. Sən böyüksən bunu etmə, sən böyüksən digərlərinə nümunə ol və s. kimi sözlərin deyilməsi ilə kiçik uşağa müəyyən dərəcədə imtiyazlar verilir. Son olaraq, böyüdüyümüz mühit, ev, cəmiyyət bu cür formalaşdığı üçün biz də ailə təməlimizdən öyrəndiklərimizi ənənəyə sadiq qalaraq tətbiq etməyə çalışırıq. 

Aytac Musayeva

Paylaş
Şərh əlavə et