Bu gün:

"Plastik əməliyyat elə bir haldır ki…”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi psixoloq Vəfa Rəşidovadır. O, plastik əməliyyatlara təlabatın artmasının insan psixologiyası ilə əlaqəsindən danışıb.

-Plastik əməliyyatlara təlabatın artmasının insanların psixologiyası ilə necə əlaqəsi var? 

Plastik əməliyyatların artması insanların psixoloji vəziyyətlərinin stabil olmaması, eyni zamanda, həddindən artıq özgüvənsizlik yaşamasından qaynaqlanır. Toplumun psixologiyası burada çox böyük rol oynayır, yəni insanların bir-birinə təsiri, kompleksə salması və bir-birlərində mənfiləri qabardıb üzlərinə vurması və.s. Bununda adını təəssüflər olsun ki, bu gün açıqsözlülük qoyublar. Amma bu açıqsözlülük mənasına gəlmir. Yəni bu gün insanlar bir-birini kompleksə salmaqda heç də çəkinmir və bunu normal hala çeviriblər. Belə bir toplumda yaşamaq, təbii ki, insanda özgüvənsizlik yaradır və buna görə də, insanlar plastik əməliyyatlara üz tuturlar. Bu həm də özünü sevməməklə də bağlı olur, uşaqlıq travmalarından qaynaqlana bilir. Təbii ki, bu hər bir insana şamil edilmir. Plastik əməliyyat elə bir haldır ki, insan bir dəfə etdikdə yenidən etməyə cəhd edir. Çünki bu bir alışqanlıq olur. Yəni necə ki insan narkotikə, alkoqola alışır. Eyni zamanda, plastik əməliyyata da alışan insanlar bu gün cəmiyyətimizdə az deyil. Yəni bu insanın daxili boşluğundan,  kompleksindən, özünəinamsızlığından, özünəsevgisizliyindən, müəyyən travmalardan qaynaqlanan məqamlardır.

Fatimə Şükürova


Paylaş
Şərh əlavə et