Bu gün:

Rəqəmsal dövrdə rəssamlığın gələcəyini necə görürsünüz?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi rəssam Vasif Səftərovdur. O, rəqəmsal dövrdə rəssamlıq sahəsindən danışıb.

-Rəqəmsal dövrdə rəssamlığın gələcəyini necə görürsünüz?


Ənənəvi sənət və rəqəmsal sənət formaya görə dəyişsə də və imkanlar genişlənsə də, əslində, sənət olduğu kimi qalır. Bu sənətkarın fəaliyyətinə müsbət təsir edir. Məsələn, daş dövründəki eskizlər başlanğıcdır, məlumat ötürücüdür. Sənətin mahiyyəti də məhz budur. Sonra inkişaf edib kətana, indi isə çağdaş zəmanəmizdə rəqəmsallaşmağa doğru gedir. Bu mənə daha çox imkanlar yaradır. Adi tabletlə yolda işlərimi görə bilirəm ve istədiyim effektdə əsərlər yaradıram. Amma ənənəvi dəzgah rəssamlığını da qorumağa çalışıram.

Leyla Bayandurlu 

Paylaş
Şərh əlavə et