Bu gün:

Marteniçka nədir?


Martipi və ya Martenitsa Balkanlar və Trakya coğrafiyasında martın 1-dən başlayaraq mart ayı boyunca biləklərə taxılan bilərziklərə və bəzək əşyalarına verilən addır. Köhnə bir Bolqar ənənəsi kimi tanınmasına baxmayaraq, Marteniçka bütün Balkan coğrafiyasında tanınan və hər il qeyd olunan bir bahar adət-ənənəsidir.

Martın gəlişi ilə Marteniçkanın hekayəsi maraq doğurur. Biləklərə bağlanan qırmızı və ağ yundan hazırlanmış qolbağın  xüsusiyyətləri arasında onun alınmaması, yalnız hədiyyə verilə bilməsi, qolbaq taxan şəxslərin dilək diləməsi də var. Digər tərəfdən yazda çiçək açan ilk ağacın budağına bağlanır və diləklərin qəbul olunacağına inanılır.

Marteniçkanın hekayəsi nədir?

Bolqar folklorunda Marteniçka haqqında müxtəlif əfsanələr danışılır. Onlardan biri də Baba Martadır. Bolqarlar hesab edirlər ki, Baba Marta (Marta nənə) günləri martın 1-də başlayır. Baba Marta – Marta nənə bu günə qədər qorunub saxlanılan ən hörmətli ənənələrdən biridir. Bu ornamentlər meyvə ağaclarına, evlərə və ev heyvanlarına da yapışdırılır. Bununla da yeni kənd təsərrüfatı ilinin bərəkətli və məhsuldar olması arzulanır.

İlk marteniçkalar başqa zinət əşyaları və detallardan istifadə edilmədən yalnız qırmızı və ağ saplardan hazırlanır və onları pis gözdən qorumaq üçün insanlara və heyvanlara taxılırdı.

Əsl sənət olan xalqın gözəllik və estetik hissləri sonrakı dövrlərdə marteniçkalarda da özünü göstərir. Əvvəllər qırmızı və ağ yundan hazırlanan marteniçkalara qotaz, top və insan kimi müxtəlif formalar verilirdi.

Marteniçkalarda istifadə olunan ağ rəng uzun ömrü, qırmızı rəng isə sağlamlıq və gücü təmsil edir.

Mənbə: milliyyet.com.tr 

Tərcümə etdi: Rəhimə Cəmilova


Paylaş
Şərh əlavə et