Bu gün:

İnsanlarda aqressiyanın yaranmasının səbəbləri nələrdir?



24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahib sosioloq Rəfael Həsənovdur. O, insanlarda yaranan aqressiyanın səbəbləri və həll yollarından danışıb. 


-Sizcə, insanlarda aqressiyanın yaranmasının səbəbləri nələrdir və onu aradan qaldırmaq üçün nələr etmək lazımdır?

Cəmiyyətdə yaranan aqressiyanın bir çox səbəbləri var. Müasir dünyada baş verən mənfi hallar:müharibələr, xəstəliklərin artması, iqtisadi cəhətdən insanların vəziyyətinin kifayət qədər yaxşı olmaması və eyni zamanda, mediada problemlərin aşkar göstərilməsi insanlara həm mənəvi, həm də psixoloji təsir edir. Sosiologiyada belə bir ifadə var ki, insanda istənilən neqativ hal o zaman baş verir ki, onun cəmiyyətlə əlaqələri zəifləyir. Cəmiyyətlə əlaqələri zəif olan insan tez bir zamanda xoşagəlməz hadisələrə meyil edir. Nəticədə bu cəmiyyətin ümumi ab-havasına təsir göstərir. Cəmiyyətdə inteqrasiyadan kənarda qalan insanlar olmamalıdır. 


Aqressiya müasir dövrün ən aktual və sosial xəstəliklərindəndir. Bu xəstəliyin aradan qaldırılması üçün psixoloqlar, psixoteropevtlər, psixoanalatiklər mövcuddur. Problemdən əziyyət çəkən insanlara psixaloji dəstək göstərilməli, onlarla konsultasiyalar edilməlidir. İnsanın əhval-ruhiyyəsi onun yaşayış tərzinə, uzunömürlülüyünə və şəxsi münasibətlərinə böyük təsir edir. Hazırda cəmiyyətdə harmoniya pozulub, ona görə də, sosioloqlar, psixoloqlar hətta digər sahələrin nümayəndələri birgə yollar tapmalıdır.


Şəms Ajakh

Paylaş
Şərh əlavə et