Bu gün:

Depersonalizasiya-derealizasiya pozğunluğu nədir?


Depersonalizasiya-derealizasiya pozğunluğu (DPDR) bir insanın davamlı və ya təkrarlanan depersonalizasiya və ya derealizasiya yaşamasına səbəb olan psixi pozğunluqdur.

Bu, özündən, düşüncələrindən, hisslərindən və hətta bədənindən qopduğunu hiss edən bir insana aiddir. İnsanlar tez-tez özlərini kənardan müşahidəçi kimi izlədiklərini hiss edirlər. Düşüncələrinə və davranışlarına nəzarət edə bilməyəcəklərini də hiss edə bilərlər. Başqa sözlə, depersonallaşma sadəcə olaraq insanın şəxsiyyətsizləşməsi, özündən uzaqlaşması və ya özündən uzaqlaşması kimi ifadə edilə bilər.

Derealizasiya bir insanın digər insanlardan, ətraf mühitdən və ya dünyadan qopduğunu hiss etməsinə aiddir. Derealizasiya yaşayan insanlar ətrafdakı dünyanı qeyri-real və ya yuxu kimi qəbul edə bilərlər.

Depersonalizasiya-derealizasiya pozğunluğunun simptomları çox vaxt görünməzdir və insanın subyektiv təcrübələrindəki dəyişikliklərlə əlaqədardır. Çox vaxt, hətta depersonalizasiya-derealizasiya pozğunluğu olan insanlar da simptomları təsvir etməkdə çətinlik çəkə bilərlər.

Depersonalizasiya-derealizasiya pozğunluğu tək bir diaqnoz hesab edilsə də, simptomlar ümumiyyətlə iki kateqoriyaya bölünür. Müvafiq olaraq, bu pozğunluğu olan insanlar ya depersonalizasiya və ya derealizasiya əlamətləri ilə qarşılaşa bilər, ya da hər ikisinin simptomlarını yaşaya bilərlər.

Derealizasiyanın simptomları

• Reallıqdan qopmuş hiss;

•Sizinlə insanlar, ətraf mühit və ya dünya arasında bir şüşə divar olduğunu hiss etmək;

•Təcrübələrinizin qəribə, qeyri-real və ya yuxu kimi olduğunu hiss etmək;

•Başqalarını və ya ətraf mühiti dumanlı, süni və ya cizgi filmi kimi hiss etmək;

•Səslərin normaldan daha yüksək və ya daha yumşaq olması;

•Ölçüsü, forması, rəngi və ya məsafəsi ilə normaldan fərqli obyektləri hiss etmək;

•Zamanla bağlı təhrif olunmuş qavrayışa malik olmaq, zamanın adi haldan daha sürətli və ya daha yavaş keçdiyini hiss etmək (məsələn, uzaq bir hadisənin dünən baş verdiyini hiss etmək və ya yaxın bir hadisənin daha uzaq keçmişdə baş verdiyini hiss etmək kimi).

Mənbə: Evrim ağacı

Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et