Bu gün:

Xərçəng səbəti sindromu nədir?


Səbətə qoyulan xərçəng asanlıqla səbətdən çıxa bildiyi halda, xərçənglərin sayı çoxaldıqda səbətdən çıxmaq istəyən xərçənglər başqa xərçənglər tərəfindən aşağı dartılır ki, heç bir xərçəng səbətdən çıxmasın.


İki və ya daha çox xərçəngi səbətə qoyan adam onların çıxa bilməyəcəyini bilir. Buna görə xərçəng səbətlərinin qapaqları yoxdur. Tək bir xərçəng qapaqsız vedrədən asanlıqla çıxa bilsə də, say artdıqca qaçmaq mümkünsüz olur. Çünki bir-birini yuxarı itələmək əvəzinə, bir-birini aşağı çəkib mane olur, zədələyirlər və sonda heç kim qalib gəlmir. Mən bacarmıramsa, siz də bacarmazsınız.


Filippinlilər arasında "xərçəng səbəti" adlandırılan və aktivist yazıçı Ninotchka Rosca tərəfindən istifadə edilən konsepsiya, "Məndə yoxdursa, siz də ala bilməzsiniz. Mən bacarmasam, siz də edə bilməzsiniz" şəklində izah edilir. Bu hekayədəki kimi insanların bir-birlərinə qarşı istifadə etdikləri psixoloji zorakılıq səviyyəsindəki davranışlara “Crab basket sindromu” deyilir. Bəzi insanlar eqoist davranır və öz ambisiyalarını üstün tuturlar, uğur qazanmağın yolunu başqalarını geridə saxlamaqda görürlər. Əgər sizə çata bilmirlərsə, sizi aşağı çəkirlər. Rəqabət emosiyaları, paxıllıq və qısqanclıqla səylərinizi azaltmağa çalışırlar.


Mənbə: CNN Türk

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et