Bu gün:

Öz üslubunu neçə yarada bilərsən?


Hər səhər qarderobunuzu açdığınız zaman eyni şeyləri görməkdən yorulmusunuzsa, hamısı sizin üçün sadəcə paltar, köynək və ya şalvardan ibarətdirsə və ya yeni bir şey sınamaq istəyirsinizsə, o zaman doğru yerdəsiniz!


1. Bədən formanı tanı;

Stil yaradarkən nəzərə alınmalı olan ən vacib şeylərdən biri də insanın bədən quruluşunu yaxşı bilməsidir. Bədəninizə uyğun olmayan parçaları seçməyiniz, bədəninizə uyğun parçaları tapmağınız və ya mövcud üslubdan götürəcəyiniz paltarları kombinasiyalarınıza dəqiq şəkildə əks etdirməyiniz vacibdir. Vücudunuzu yaxşı tanımaq üçün ağıllı bədən forması kalkulyatorundan kömək ala bilərsiniz, beləliklə üslubunuzu yaratmaq üçün bir çox imtiyazlar qazanacaqsız.


2. Həyatınıza geyinməkdən xoşbəxt olacağınız parçalar daxil edin:


Uğurlu bir üslub imzası yaratmaq üçün seçdiyiniz parçaları illərlə istifadə etməli və sizinlə məna qazanmasını təmin etməlisiniz. Bu səbəbdən alacağınız hissələri diqqətlə düşünsəniz daha yaxşı olar.

3. Əhvalınıza uyğun kombinlər hazırlayın:

Geyimlər səthi bir görünüşdən çox sizin zövqünüzü, maraqlarınızı və hətta əhvalınızı əks etdirən alətlərdir. Etdiyiniz kombinasiyaları geyindiyiniz zamana görə uyğunlaşdırsaz, müəyyən bir müddət ərzində hamısına üstünlük verdiyinizi görə bilərsiniz. Bir çox müxtəlif vəziyyətlər havadan çox həmin gün geyiminizə təsir edə bilər, bunlardan biri də əhvalınızdır.

4. Sənə aid olmayan geyimlərdən qurtul:

Müxtəlif səbəblərdən heç vaxt istifadə etmədiyiniz və qarderobunuzda yer tutan geyimlər başqasının sevimli paltarı ola bilər! Çox vaxt nizam-intizamı sevən insanlar tərəfindən edilən şkaf təmizliyini özünüz üçün vərdiş edə bilərsiniz. Ən yaxşı addımlardan biri sevdiyiniz musiqini qoşmaq və şkafın bir neçə gözünü boşaltmaqdır. 

5. Öz rəngini tap:

Təbii ki, bir çox hallarda dəyişən əhval-ruhiyyəmiz də qarderobumuza təsir edir. Başqa sözlə, sahib olduğumuz paltarların çoxu əslində şıltaqlıqla aldığımız parçalardan ibarət ola bilər. Buna görə də, ən azından sizə uyğun olan rəngləri tapmaq və o ağırlıqdakı parçalarla tərtibat yaratmağa çalışmaq sizin üçün yaxşı bir başlanğıc ola bilər, xüsusən də modellərdə gördüyümüz və materialından asılı olaraq fərqli rənglərdə görünən geyimlərin bizi əks etdirib-etdiməyəcəyi də sual altındadır.

Mənbə: yasemin

Tərcümə edən: Sona Adgözəlova

Paylaş
Şərh əlavə et