Bu gün:

Yaddaş zəifləməsinin əsas səbəbləri nələrdir?


24media.az-ın budəfəki müsahibi həkim Həbib Sahratovdur. O, yaddaş zəifləməsindən danışıb. 

-Yaddaş zəifləməsinin əsas səbəbləri nələrdir və hansı müalicə üsulları məsləhətdir?



Yaddaş pozğunluğu müxtəlif səbəblərdən ola bilər. Sağlam insanlarda yaşlanma ilə bağlı müəyyən dərəcədə yaddaş pozğunluğu meydana çıxır. Amma ciddi yaddaş pozğunluqlarının səbəbi kimi xroniki xəstəliklər ön plandadır. Xroniki xəstəliklər beyin-qan dövranında problemlər yaradır. Şəkərli diabet, hipertansiyon, bəzi nevroloji, psixatrik xəstəliklər fonunda da yaddaş pozğunluğu yarana bilər. Bundan əlavə, yaddaş pozğunluqlarının önəmli səbəblərindən biri də beyin travmaları, depressiyalar, bəzi vitamin çatışmazlıqlarıdır.

Yaddaş pozulmalarının müalicəsi də səbəbə yönəlməlidir. Yaddaş pozğunluğu keçərli diabet fonunda yaranıbsa, mütləq şəkəri nəzəratdə saxlamalıyıq, hipertansiyon xəstəliyi fonunda yaranıbsa, təzyiqi nəzarətdə saxlamalıyıq. İnsan yaşlandıqca gənc dövründə olan yaddaş göstəriciləri istər-istəməz zəifləməyə başlayır. Bunu fizioloji olaraq dəyərləndirmək olar. İdmanla məşğul olmaq, müəyyən yaş dövründən sonra qan çoxaldıcı dərmanları mütəmadi olaraq qəbul olunması, bəzi vitaminlərin qəbul oluması yaddaşın çox ciddi şəkildə pozulmaması ilə nəticələnir. Buna görə də 50 yaşdan sonra daimi olaraq bu qaydalara əməl olunmalıdır. 

Gülnisə Əfkari

Paylaş