Bu gün:

Uğurlu insanların həyatı asanlaşdıran vərdişləri


Uğurlu insanların həyatı asanlaşdıran vərdişləri

Bu günün uğurlu iş adamları, sahibkarlar və düşüncə liderləri müsahibələrində uğurlarını sadə vərdişlərə borclu olduqlarını vurğulayırlar. Həyatları nə qədər məşğul olsalar da, bu insanlar özlərinə qurduqları rutinə sadiq qalaraq uğurları həyatlarına cəlb edə bilirlər.

1) Yeni təcrübələri qəbul edin

 Bəzən yataqdan qalxıb günə başlamaq belə çətin ola bilər. Növbəti günü düşünərək özünüzə qoyduğunuz stress işdə, məktəbdə və ən əsası həyatda performansınıza mənfi təsir göstərə bilər. Özünüzə söz verin ki, hər gün və ya ən azı bir neçə gündən bir yeni bir şey yaşayacaqsınız. Yeni şeylər kəşf etmək, növbəti gün, həftə və ay ilə bağlı narahatlıqlarınızı azaldaraq, narahatlıqlarınızı həyəcana çevirməyinizə kömək edəcək.

Yeni şeylər yaşamaq üçün hər həftə ekstremal idmanla məşğul olmağa ehtiyac yoxdur. Metroya başqa bir marşrutla gedin. "Mən heç vaxt naharda yemərəm!" Bəyəndiyiniz yeməyə şans verin. Həftə sonu evdə qalmaq əvəzinə yaxınlıqda özünüz üçün tətil planlaşdırın. Yaşadığınız şeylər sizə ilham olaraq geri qayıdacaq.

2) Fikrinizi təmizləmək üçün oyunlar oynayın

Təhsil alarkən və ya işinizi bitirməyə çalışarkən özünüzü yorğun və məhsuldar hiss edə bilərsiniz. Günün gərginliyi, gələcəyin stressi və kiçik çaşqınlıqlar beynin diqqətini cəmləməsinə və səmərəli işləməsinə imkan vermir. Belə anlarda kiçik oyunlar oynayaraq beyninizi cari problemlərdən yayındıra, beləcə günə daha rahat şüuraltı ilə davam edə bilərsiniz. Lego, oyun xəmiri və telefonunuzla oynaya biləcəyiniz sadə oyunlar sizə kifayət edəcək.

 3) İdman və meditasiyanı həyatınızın bir hissəsinə çevirin

 İdmanın fiziki və psixoloji töhfələri saysız-hesabsızdır. Periyodik olaraq etdiyiniz nizamlı idman sizi həyatınızda daha qətiyyətli edəcək, enerjinizi tarazlaşdıracaq və özünüzü daha yaxşı hiss edəcəksiniz. Səhərlər və ya axşamlar yarım saatlıq gəzintilər etmək, evdə edə biləcəyiniz sadə məşqləri vərdiş halına gətirmək və mümkün olduğu qədər müxtəlif üsul və mühitlərdə yerinə yetirmək məhsuldarlığınızı köhnə həyatınızdan çox daha yaxşı edəcək. İdmanla yanaşı, zehninizi sakitləşdirəcək 15 dəqiqəlik meditasiya seansları da məhsuldarlığınızı və xoşbəxtliyinizi artırmağa böyük töhfə verəcək.

4) Pozitiv qalmağı və minnətdar olmağı bilin

 Hər bir insanın həyatında müxtəlif səbəblərdən stress və müəyyən çətinliklər ola bilər. Sahib olduqlarımıza görə minnətdar olmaq xoşbəxtliyin açarıdır. Hər səhər oyandığınız zaman dostlarınızın, ailənizin, işinizin, məktəbinizin və bir çox başqa şeylərin olduğunu xatırlamaq və minnətdar olmaq günə xoşbəxt başlamanıza kömək edəcək, beləliklə, gün ərzində məhsuldarlığınızı və yaradıcılığınızı artıracaq.

 5) Xüsusi bir həyat planı əldə edin

Məhsuldarlığın açarı planlaşdırmadır. Müəyyən müddət ərzində yadda saxlamağınız lazım olan işləri, görüşlərinizi və ev tapşırığınızı yazdığınız bir notebook almaq, vacib tarixləri xatırlamağınıza və vaxtın idarə edilməsində özünüzü təkmilləşdirməyinizə kömək edəcək.

Mənbə: vizyonergenc. com

Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et