Bu gün:

Məişət zorakılığının qarşısını necə almaq olar?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi EDA Terapiya Psixologiya Mərkəzinin Psixoloqu Ayşən Bayramovadır. O, məişət zorakılığı haqqında danışıb.

Məişət zorakılığı geniş yayılmış problemlərdən biridir. Demək olar ki, əksər ailələrdə özünü müəyyən formalarda büruzə verir. Məişət zorakılığının qarşısını necə almaq olar, ondan əziyyət çəkənlərə psixoloji yardım hansı səviyyədədir, ümumiyyətlə, qanun bu barədə nə deyir?


Məişət zorakılığı ailənin bir üzvünün digər ailə üzvlərinə qarşı göstərdiyi zərərverici davranışladır. İnsanların sığınacağı olan güvənli ailə mühiti, zorakılıq səbəbiylə təhlükədə hiss edilən bir yer halına gəlməkdədir. Çünki zorakılıq fiziki, emosional və ya cinsi olmasından asılı olmayaraq, insanların bədən sağlamlığına zərər vurmaqla yanaşı, mental sağlamlığını da təhlükə altına atan bir vəziyyətdir. Bunun üçün də zorakılıq halları görməzdən gəlinməməsi, inkar edilməməsi və önəm verilməsi lazım olan haldır. 

Şiddət öyrənilə bilən və nəsildən-nəsilə ötürülə bilən bir davranışdır. Bunu ailə içi şiddətin olduğu mühitdə böyüyənlərin daha çox şiddət göstərməsində və  cəmiyyət tərəfindən şiddətin çox da pis olmayan, hətta zaman-zaman gərəkli olan davranış olaraq qəbul edilməsində görə bilərik.

Ailə içi şiddət daha çox qadınlara və uşaqlara yönəlikdir. Uşaqlar isə bu vəziyyətdən daha çox təsirlənməkdədirlər. Şiddətə şahidlik edən uşaqlar qorxu, kədər hiss etməklə yanaşı, şiddətdən dolayı özlərini məsul tutaraq, dərin günahkarlıq hissi yaşaya bilirlər. Bunun üçün də valideynlər bu vəziyyətin uşaqla əlaqəli olmadığını aydın şəkildə bildirməlidirlər. 

Ümumiyyətlə isə şiddətə məruz qalmaq travma olduğu kimi, şiddətə şahidlik etmək də travma yaradan faktorlar arasındadır. Bu cür yaşantılara məruz qalan uşaqların yetişkinlik dövründə müxtəlif şəkildə və dərəcədə mental sağlamlıq problemləri yaşaması təəssüf ki, qaçınılmaz ola bilir.

Məişət zorakılığının yalnız ailə üzvləri arasında həllini gözləmək olmaz; bu qanun pozuntusudur və polisin müdaxiləsini tələb edən bir şeydir. Hər bir insanın zorakılıqdan qorunmaq hüququ var və buna Azərbaycan Respublikası Qanunvericiliyi ilə təminat verilir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et