Bu gün:

Mavi rəngin psixologiyası


10 ölkəni əhatə edən sorğu nəticəsində məlum olub ki, mavi dünya miqyasında insanlar üçün ən populyar sevimli rəngdir. Kişilər qadınlara nisbətən daha çox mavi rəngə üstünlük verirlər.


Mavi rəngin üzərimizə yaratdığı psixoloji təsir nədən ibarətdir?

Rəng psixologiyası bizə müəyyən rənglərin insanın əhval-ruhiyyəsinə, duyğularına və davranışlarına təsirləri haqqında çox şey deyir. 

Mavinin psixologiyası haqqında bildiklərimiz budur: Mavi bir çox insan tərəfindən bəyənildiyi üçün, çox vaxt mühafizəkar və ənənəvi görünə bilən təhlükəli olmayan bir rəng kimi qəbul edilir.

-Mavi sakitlik və rahatlıq hisslərini xatırladır. O, çox vaxt dinc, sakit, təhlükəsiz və nizamlı kimi təsvir olunur.

-Mavi sabitlik və etibarlılıq əlaməti olaraq qəbul edilir. Təhlükəsizlik imicini layihələndirmək istəyən müəssisələr reklam və marketinq işlərində tez-tez mavi rəngdən istifadə edirlər.

-Mavi də kədər və ya uzaqlıq hissi yarada bilər. Pikassonun "mavi dövründə" çəkdiyi rəsmlər kimi mavi rəngdə çox əks olunan bir tablonun necə tənha, kədərli və ya kimsəsiz görünə biləcəyini düşünün.

-Mavi rəngdən ofisləri bəzəmək üçün tez-tez istifadə olunur, çünki araşdırmalar insanların mavi otaqlarda işləyərkən daha məhsuldar və yaradıcı olduğunu göstərir.

-Mavi ən populyar rənglərdən biridir, eyni zamanda ən az iştah açan rənglərdəndir.

-Bəzi arıqlama proqramları hətta yeməyinizi mavi boşqabda yeməyi tövsiyə edir. 

-Mavi nadir hallarda təbii olaraq qidada olur. Həmçinin, insanlar zəhərli qidalardan qaçmağa çalışırlar və yeməkdə mavi rəng çox vaxt xarab və ya zəhər əlamətidir.


Mənbə: verywellmind.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş