Bu gün:

Müəllim və şagirdlər arasında münasibət necə qurulmalıdır?


24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi psixoloq Vüsalə Əmiraslanovadır. O, müəllim və şagirdlər arasında münasibətin necə qurulmasından danışıb.


-Sizcə, dərsin keyfiyyətli mənimsənilməsi üçün müəllim və şagirdlər arasında münasibət necə qurulmalıdır?




Dərsin keyfiyyətli mənimsənilməsi üçün əvvəlcə, müəllim və şagirdlər arasında səmimi münasibət qurulmalıdır. Müəllim öz metodları ilə şagirdlərə yaxın olmağa çalışmalıdır. Emosional bağ, inam yaradılmalıdır. Dərs prosesi ağırdır və dərsin mənimsənilməsi hər uşaqda eyni olmur. Müəllim psixologiyanı yaxşı bilməlidir ki, uşaqların fərdi xüsusiyyətlərinə bələd ola bilsin. Və ona uyğun dərs strukturu qurulsun. 


Ümumiyyətlə, dərsin keyfiyyətli mənimsənilməsi təkcə müəllim və şagird arasındakı münasibətdən asılı deyil. Həmçinin valideyn və övlad münasibətləri də düzgün tənzimlənməlidir. Çünki evdəki münasibət uşağın dərsinə də təsir edir. Məsələn, əgər uşaq dərsi zəif mənimsəyirsə, bu zaman xüsusi cəza tətbiq olunursa, keyfiyyət pozulur. Uşaq daha çox əzbərçiliyə yönəlir. Bir müddət sonra da keyfiyyət itir. Bundan əlavə, məktəbdəki digər müəllimlər arasında da düzgün münasibət qurulmalıdır ki, uşaqlar da müəllimlərə hörmət etsin. 


Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et