Bu gün:

Uşaqlar nə üçün özlərinə xəyali dostlar yaradırlar?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi psixoloq Fidan Nizamovadır. O, uşaqların özlərinə xəyali dostlar yaratması haqda danışıb.

-Uşaqlar nə üçün özlərinə xəyali dostlar yaradırlar, bunun mənfi və ya müsbət təsirləri varmı?


Beş yaşına qədər uşaqlarda xəyali personajlar yaratmaq normaldır. Bu, uşağın təsəvvürlərinin oyanmağa başlamasının göstəricisidir və müsbət haldır. Bu uşaqlar bəzən cizgi filmlərdə gördüyü və ya elə sadəcə özünün uydurduğu personajlarla yaşadığına inana bilərlər. Bu qorxulu hal deyil. Əgər uşaq nələrisə təsəvvür edir, onlarla oynayır, söhbət edirsə, bu normal situasiyadır. 

Digər halda isə uşaq sanki başqa bir aləmdə yaşayır, öz dünyası var, özünəqapanıqdır, ünsiyyətdən kənar, tənhalığa meyillidir. Bu artıq mənfi halın göstəricisi hesab edilə bilər. Bunların valideynlər tərəfindən ayırd edilməsi çox vacibdir. Uşaq əgər cizgi filmdə gördüyü qəhrəmanı öz həyatında imiş kimi nümayiş etdirirsə, bu normaldır. Fəqət uşaq valideynləri ilə ünsiyyətdən qaçırsa, ümumiyyətlə, cəmiyyətdən kənarlaşır, tənhalaşır, özünə fərqli bir aləm yaradır, realda yaşamırsa, bu hallarda uşaq psixoloquna müraciət etmək lazımdır.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et