Bu gün:

Göbələyin faydaları və zərərləri


Əhəmiyyətli şəfa mənbələrindən biri olan göbələk vitamin və minerallarla zəngin bir qidadır. Zəngin bir protein mənbəyi kimi tanınır. Həmçinin yüksək miqdarda B və C vitaminləri, kalium, fosfor, dəmir, fol turşusu və sink ehtiva edir.

Lifli qidalardan biri olan göbələkdə çox az su var. Göbələkləri tək başına, həmçinin müxtəlif yeməklərə və salatlara əlavə etməklə istehlak etmək olar. Müntəzəm olaraq istehlak edilərsə, bədəndəki bir çox xəstəliyə yaxşı gəlir. Bununla belə, göbələk ehtiyatla istehlak edilməli olan qidalardır. Həddindən artıq yeyilən göbələklər mənfi hallara səbəb ola bilər.

Göbələklərin Orqanizmə Faydaları Nədir?

Göbələk orqanizmə faydaları ilə tanınan bir qidadır. Lif baxımından əhəmiyyətli bir qida maddəsi olduğu üçün bədəndə yığılan zərərli maddələrin atılmasını təmin edir. Ağciyərlərdə, qaraciyərdə və bağırsaqlarda yığılmış toksinləri orqanizmdən çıxarır. Məlumdur ki, göbələk xərçəng xəstəliklərinə də faydalıdır. Xərçəng hüceyrələrinin yayılmasını yavaşlatır. Qalxanabənzər vəzi xəstəliklərinə də müalicəvi təsir göstərir. Zəngin bir beta-qlükan mənbəyi olduğu üçün xolesterolu tarazlamağa kömək edir.

Antioksidant baxımından əhəmiyyətli bir qida maddəsidir. Antioksidantlar sayəsində qocalma əlamətlərini minimuma endirir. Beyin inkişafına töhfə verərək Parkinson və Alzheimer kimi xəstəliklərin qarşısının alınmasında da təsirlidir. Bu antioksidanlar immunitet sistemini gücləndirir və bədəni xarici xəstəliklərdən qoruyur. Göbələk qan əmələ gətirən qidalardan biridir. Bu səbəbdən anemiya ilə mübarizədə təsirli əlavə kimi tanınır.

Göbələk sağlamlıq üçün faydalı qida olsa da, həddindən artıq istehlak edildikdə orqanizmə ciddi zərər verə bilər. Xüsusilə həddindən artıq istehlak səbəbiylə yorğunluq, halsızlıq, ishal, ürəkbulanma, başgicəllənmə kimi problemlərlə qarşılaşılır. Müxtəlif allergik reaksiyalarda da müşahidə olunur.

Mənbə: Onedio.com

Tərcümə: Əli Mehdili


Paylaş
Şərh əlavə et