Bu gün:

Dünyanın ən böyük toplu intiharı


Xəstə ailəsində doğulan Cim Cons 1931-ci ildə anadan olub. Anası onun məsih olduğuna inanırdı. Atası çox irqçi, sərt qaydaları olan bir adam idi. Daim atasının qaydaları ilə ziddiyyət təşkil edən Cim Cons hələ uşaq ikən heyvanları öldürməyə və onlar üçün dəfn mərasimləri təşkil etməyə başlayıb. Ölümə və dini inanclara bağlı idi. Heyvanlara işgəncə verib öldürsə də, sonra cənazələr təşkil etsə də, təbliğçi olduqdan sonra heyvan satmağa başlayıb.


Gəncliyində Adolf Hitlerə, Qandiyə, Stalinə və Karl Marksa böyük maraq göstərən Cons yüzlərlə kitab oxuyub. Maraqlarını kəşf etdikcə cinsi kimliyi ilə bağlı problemlər yaşayırdı. 1950-ci ildə vaiz olduqdan sonra onun homoseksual olduğu üzə çıxıb və sıx media təzyiqinə məruz qalıb.


Qısa müddətdə şagirdlərini toplayaraq onlara əsl marksizmi öyrədəcəyini iddia edən Cons özü üçün kilsə qurdu. Bəşəriyyət üçün faydalı addımlar atacağını desə də, narkotikdən istifadə edirdi və psixi sağlamlığı normal deyildi. “Xalq məbədi” adlandırdığı kilsənin əsasını qoyan və hər zaman vaizlər verən Cons xüsusilə qaradərili insanlar və uşaqlarla maraqlanırdı. Cons bütün görüşlərini  yalnız şagirdlərinə qapalı keçirirdi və insanlara dedikləri tamamilə gizli saxlanılırdı. Əslində kilsənin davamçıları günü-gündən çoxalırdı.


İrqçi olmayan və hər kəsin bərabər olduğunu müdafiə edən Cons atasından fərqli olaraq qaradərililərdən yüksək səviyyədə dəstək almağı bacarıb. Yüksək natiqlik qabiliyyətinə malik Cons çıxışları ilə insanlara təsir etməyi bacarırdı.


 İnsanların müqəddəs görməyə başladığı Cons bütün var-dövlətini satdı və  Xalq məbədinə bağışladı. Verdiyi ianələrlə o, meşənin dərinliyində tənha bir şəhər qurdu. Constaun adlanan bu qəsəbədə yüzlərlə şagird bir yerdə yaşayırdı. Öz ardıcıllarına tez-tez cənnətin ölüm olduğunu söyləyən Cons müntəzəm olaraq kütləvi intihar məşqləri keçirirdi. İnsanların hansı şəraitdə yaşadıqlarını görmək üçün senator və mətbuat qrupu Constaun şəhərinə göndərilərkən Constaunda daha yaşamaq istəmədiklərini və ayrılmaq istədiklərini söyləyən müridlər silahlı dəstələrin açdığı atəş nəticəsində 5 nəfər həyatını itirdi. Bu hadisə onu göstərdi ki, çoxdan planlaşdırılan kütləvi intiharın vaxtı çatıb.


Constaundan qaçmaq istəyənlərlə yanaşı, intihar düşüncələrinə yaxın olanların sayı da az deyildi. Constaun şəhəri mətbuatın diqqətini çəkməklə Cim Consu hərəkətə gətirdi. Çünki onun planı iflasa uğramaq üzrə idi. O, şəhərdə yaşayanların hamısını bir yerə toplayıb öz çıxışını etdi. Onlara son dəfə bu dünyadan qaçıb cənnətə gedəcəklərini söylədi. Sianidlər paylandı. İntihar etmək istəmədiyini deyənlər, qarşı çıxanlar güllələnərək öldürüldü. Constauna yenidən baş çəkənlər dəhşətli mənzərə ilə qarşılaşıblar. Bütün şəhər ölmüşdü. Orada yüzlərlə böyük, körpə və uşaq meyiti var idi. Meyitlərin ətrafı intihar məktubları ilə dolu idi.


Mənbə:mynet.com 

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et