Bu gün:

Xronofobiya nədir?


Xronofobiya zamanın keçməsindən və tərəqqidən həddindən artıq qorxudur. Zaman qorxusu narahatlıq pozğunluğunun bir növüdür. Bu cür qorxuların yaranma ehtimalı xüsusilə yaşlılarda, xəstələrdə və həbsdə olan insanlarda daha yüksəkdir. Bu tip fobiyası olan insanlar gələcək haqqında düşündükləri zaman güclü narahatlıq və qorxu hiss edirlər. Bundan əlavə, bu insanların zamanla bağlı bəzi obsesif davranışları var. Bu davranışlar depressiyaya səbəb ola bilər və insanın gündəlik həyatına mənfi təsir göstərə bilər. Onun müalicəsi psixoterapiya üsulları ilə həyata keçirilə bilər.


Zaman fobiyası olan insanlar yaşlanmaqdan qorxa və öz ölümlərindən narahat ola bilərlər. Bəzi insanlar vaxta baxmaq və ya təqvimdə günləri qeyd etmək həvəsinə düşə bilər. Bəzi hallarda narahatlıqlar, qorxular daha da şiddətlənir; Panik ataklara, cəmiyyətdən uzaqlaşmaya (sosial izolyasiya) və münasibətlərdə problemlər yarada bilər.

Xronofobiyanın səbəbi nədir?

Fobiyaların niyə meydana gəldiyini və necə yarandığını tam izah edəcək elmi məlumat yoxdur. Ancaq bəzi faktorlara görə fobiyaların inkişaf edə biləcəyi və bəzi vəziyyətlərin bu fobiyalara səbəb ola biləcəyi düşünülür. Ətraf mühit və genetik faktorların ümumiyyətlə xronofobiyanın səbəbləri olduğu düşünülür .

Həbsdə olmaq, həyati təhlükəsi olan xəstəlik və ya travmatik bir hadisə yaşamaq zaman qorxusuna səbəb ola bilər. Anksiyete, narahatlıq, depressiya və psixoloji problemləri olan fərdlərdə bəzi fobiyaların yaranma ehtimalı daha yüksəkdir.

Psixi xəstəlikləri, əhval pozğunluqları və ailədən miras qalan bəzi fobiyaları olan fərdlərin zaman qorxusu yaşama riski daha yüksəkdir.

Xronofobiyanın simptomları hansılardır?

Zaman qorxusunun bir çox simptomları müxtəlif fobiyaların simptomlarına bənzəyir. Zamanın keçməsi və irəliləyişlə bağlı həddindən artıq narahatlıq onu digər fobiyalardan fərqləndirən əlamətdir. Ağır hallarda və ya uzun müddət müalicə edilmədikdə, simptomlar və əlamətlər arta bilər və insanın gündəlik həyatına ciddi təsir göstərə bilər.

Mənbə: npistanbul.com 

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et