Bu gün:

Endorfin nədir?


Endorfin insan orqanizmindəki ağrıları sağaldan və insanın daha rahat həyat sürməsinə kömək edən hormondur.

İnsan bədənində endorfin hormonunu istehsal edən orqan beyindir. Endorfin hormonunun ifrazının miqdarı və sürəti insanın davranışından və hərəkətindən asılı olaraq dəyişir. Məsələn, qaçış və ya üzgüçülük zamanı insan daha çox endorfin hormonu ifraz edir. 

İnsan orqanizmində,  xüsusilə, müəyyən saatlarda endorfin hormonu artır və bu elmi şəkildə sübuta yetirilib. Axşam saat 11-dən gecə 3-ə kimi beyin daha çox endorfin hormonu ifraz edir. 

Beyin endorfin hormonunu saat 11-3 arası daha çox ifraz etdiyi üçün həkimlər bildirirlər ki, insanlar ən geci saat 11-də yatmalıdırlar, çünki insan yuxuda olanda beyin bu hormonu daha yaxşı ifraz edir və daha rahat işləyir. Sağlam yuxu endorfin hormonunun ifraz olunmasında böyük rola malikdir.

Endorfin hormonunun ifraz olunması üçün insan həyatda zövq aldığı şeyləri etməlidir. Bu şəkildə beyin daha çox endorfin hormonu ifraz edərək insanın daha xoşbəxt olmasına və həyatından daha çox həzz almasına kömək edir.

Endorfin hormonu, xüsusilə qadınlarda doğuş zamanı təbii narkotik kimi çıxış edir. Doğuş edən qadının bu ağrı və iztirablara dözməsinə kömək edən yeganə şey endorfin hormonudur. İnsan orqanizmində endorfin hormonu ilə yanaşı, insanı yaxşı hiss edən dopamin, serotonin və oksitosin də ifraz olunur.

İnsan orqanizmində endorfin hormonunu artıran digər amillər ədviyyatlı məhsullardır. Ədviyyat yemək endorfin hormonunun ifraz olunmasına kömək edir. Ədviyyatlardan başqa endorfin hormonunun ifraz olunmasına kömək edən ən əhəmiyyətli qidalardan biri də hər kəsin sevərək yediyi şokolad və banandır. Bu qidalar insanlara beyinlərində daha çox endorfin hormonu ifraz etməyə kömək edir.

Endorfin hormonunun ifrazını stimullaşdıran qidalar bunlardır; Dondurma, çiyələk, banan, şokolad, üzüm və makaron. Endorfin hormonunun yüksəlməsini istəyirsinizsə, bu qidalardan müəyyən miqdarda istifadə etmək faydalı olacaq.

Mənbə: npistanbul.com

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et