Bu gün:

Dorothea Lange kimdir?


Amerikalı jurnalist və fotoqraf Dorothea Lange Nyu-Cersi ştatının Hoboken şəhərində ikinci nəsil Alman mühacirləri Johanna Lange və Heinrich Nutzhorn ailəsində anadan olub. Yeddi yaşında polio xəstəliyinə tutulub, bu da sağ ayağında zəiflik və davamlı axsaqlığa səbəb olub. Beş il sonra atası ailəsini tərk edib və bu, Nyu-Cersi ətrafından Nyu-Yorkun yoxsul bir bölgəsinə köçməsinə səbəb olub. Daha sonra atasının soyadından imtina edərək anasının qızlıq soyadını alıb.


Lange gördüyü insanların müxtəlifliyinə heyran olaraq Nyu-York küçələrində gəzərkən hadisələri müşahidə etməyə başlayıb və daha sonra bu bacarığı sənədli fotoqraf kimi istifadə edib. Kolumbiya Universitetində H.Clarence-nin rəhbərliyi altında fotoqraflığı öyrənməyə başlayıb. Daha sonra məşhur Arnold Gent də daxil olmaqla bir neçə Nyu-York Foto Studiyasında qeyri-rəsmi təlim keçib. 


Onun ilk studiya işləri, əsasən San Francisco sosial elitasının portret fotoşəkillərinin yaradılması ilə əlaqəli olub. Böyük Böhranın başlanğıcında gözlərini studiyadan küçəyə çevirib. Bu dövrdəki fotoşəkilləri John Steinbeckin “qəzəb üzümləri”ilə paraleldir.

Böhran dövrü

1933-cü il Dünya böhranı səbəbindən ABŞ-da təxminən on dörd milyon insan işsiz qaldı. Əksəriyyəti evsiz idi, məqsədsiz yaşayırdı və kifayət qədər yemək tapa bilmirdi. Orta qərbdə və cənub-qərbdə quraqlıq və toz fırtınaları iqtisadi məhvə səbəb oldu. 1930-cu illər ərzində təxminən 300.000 kişi, qadın və uşaq iş tapmaq ümidi ilə Qərbə Kaliforniyaya mühacirət etdilər. Ümumiyyətlə, bu mühacir ailələri haradan gəldiklərindən asılı olmayaraq təhqir olunurdular. Köhnə, xarab olan avtomobillərdə və ya yük maşınları ilə səyahət etdilər, məhsul axtararaq yerdən-yerə hərəkət etdilər.

Lange bu bədbəxt insanların şəkillərini çəkməyə başladı və Kaliforniya küçələrində və yollarında həyatlarını sənədləşdirmək üçün studiyasından ayrıldı. Böhranın sosial və iqtisadi təlatümlərinin miqyasını əks etdirən kamerası ilə yan yolları gəzdi. Lange fotoqraf kimi məqsədini və istiqamətini burada tapdı. Artıq portret rəssamı deyildi, həmçinin  fotojurnalist deyildi. Bunun əvəzinə yeni janrın ilk nümayəndələrindən biri olan “sənədli fotoqraf” kimi tanındı.

Diqqəti cəlb edən sənətçi yerli fotoqrafları və medianı cəlb etdi. Nəticədə Təsərrüfat Təhlükəsizliyi İdarəsi adlandırılan Federal Köçürmə İdarəsi (Ra) ilə işləməyə başladı. İşləyərkən həmsöhbətlərlə danışmaq, onları sakitləşdirmək və fotoşəkili müşayiət edən müvafiq təsvirləri sənədləşdirmək üçün şəxsi texnika hazırladı. Başlıqlar və təsvirlər tez-tez subyektləri haqqında şəxsi məlumatları ortaya qoyurdu.

Ömrünün son on ilində səhhəti çox pisləşdi. Əziyyət çəkdiyi digər xəstəliklər arasında sonradan postpoliomiyelit kimi təsvir olunan bir xəstəlik də var idi. 11 oktyabr 1965-ci ildə San-Fransiskoda yetmiş yaşında özofagus xərçəngindən öldü. Ölümündən üç ay sonra Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyi əsərlərinin retrospektivini həyata keçirdi.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et