24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi psixoloq Zeynəb Eyyubovadır. O, başqaları ilə müqayisə edilməyin uşaq psixologiyasına təsiri barəsində danışıb.
-Bəzi valideynlər başqalarının yanında tez-tez övladlarını danlayır, onları “xalxın uşağı” ilə müqayisə edirlər. Bu cür münasibət uşaqların, yeniyetmələrin psixologiyasına necə təsir edir?

Bir valideynin uşağa edə biləcəyi ən böyük təhlükə onu başqa bir uşaqla müqayisə etməkdir. Biz böyüklər başqa biri ilə müqayisə olunmaq istəmiriksə, demək, uşaqlar da istəmir. Bütün günü bacı-qardaşımızla müqayisə edilməyimiz bizim xoşumuza gələrmi? Uşaq vaxtı bu bizim xoşumuza gəlirdimi? Uşaqlarımızın da xoşuna gəlmir.
Bu zaman onların özgüvəni, özünəinamı azalır, motivasiyası, ambisiyası düşür. Bununla da uşaq artıq irəli getmək istəmir, hətta geriyə getməyə başlayır. Valideyn olaraq, uşağa qarşı edilə biləcək ən böyük səhv uşağı kimləsə müqayisə etməkdir.
Gülay Qəribova
