Bu gün:

Mandela effekti nədir?


Məşhur Mandela effektinin necə yarandığını araşdırsaq, onun 2010-cu ildə ortaya çıxdığını deyə bilərik. Fövqəladə bir zehni xətanın nəticəsi olan Mandela effektinin nümunələri Fiona Brum adlı bloger tərəfindən irəli sürülüb. Bloger bu nümunələrlə gündəmə gələndə insanlar Mandela effektinin nə olduğunu öyrəndilər.

Mandela effekti nədir?

Mandela effekti bu gün demək olar ki, hər kəsin yaşadığı təsirlər arasındadır. Mandela effekti xatırladığınızı düşündüyünüz və ya hətta dəqiq bildiyiniz şeylərin mövcud olmamasından yaranan təsirdir. Kiçik təfərrüatlar olmasa belə, onun hardasa olduğu deyilsə, onun beyninizdə mövcud olduğunu yox etmək çətindir. Mandela effekti bir qrup insanın bir hadisəni, tarixi hadisəni və ya nəyisə xatırlamasına, lakin əslində bunun belə olmadığını başa düşməsinə əsaslanır.

Mandela effekti necə ortaya çıxdı

Mandela effekti proqram mühəndisi Fiona Brum tərəfindən kəşf edilmişdir. Konfransda Nelson Mandelanın 1980-ci illərdə öldüyünü düşündüyünü, əslində isə 2013-cü ildə öldüyünü xatırladığını biləndə bu hadisənin çox adam tərəfindən paylaşıldığını anladı. Brum bu fenomeni “Mandela effekti” adlandırdı və bu konsepsiya insanların niyə faktiki hadisələri xatırlamaqda çətinlik çəkdiyini və ya faktları yanlış şəkildə yenidən şərh etdiyini izah etmək üçün istifadə etməyə başladı.

Mandela effekti nümunələri


Nelson Mandela ilə geniş vüsət alan bu vəziyyət təkcə Mandelanın ölümü ilə bağlı illüziya nümunəsi deyil. Dünyada çoxlu nümunələr var. Ancaq yaddaş səhvləri və ya faktların yanlış təsvirinə dair bu cür hallar çoxdur. Onlardan bəziləri bunlardır:

Nelson Mandela: Çoxları belə düşünür ki,Nelson Mandela 1980-ci illərdə öldü, amma o, əslində 2013-cü ildə ölüb.

Jif” və ya “Gif”: Bir çox insanlar Gif formatının adını “Jif” kimi xatırlayırlar, amma əslində “Gif”dir.

Monopoliya personajı: Çoxları xatırlayır ki, Monopoly oyunundakı xarakter eynək taxır, amma əslində bu adam eynəksizdir.

Mənbə: sabah.com.tr 

Tərcümə etdi: Rəhimə Cəmilova


Paylaş
Şərh əlavə et