Bu gün:

Futbol topunun xüsusiyyətləri


Futbol topunun xüsusiyyətləri

 Futbol dünyada ən çox oynanan idman növlərindən biridir. Milyonlarla insan topun dalınca qaçır. Bəzilərimiz çox məlumatlıyıq, bəzilərimiz sadəcə izləməyi xoşlayır. Yaxşı, futbolun ən vacib elementi olan futbolun xüsusiyyətlərini bilirsinizmi?

Futbol topunun xüsusiyyətləri

■ Futbol topunun ətrafı 70 sm-dir (ən azı 69 sm olmalıdır)

■ İstifadə olunan material sərt dəridən və ya digər uyğun materialdan hazırlanmalı və dairəvi olmalıdır.

■ Onun çəkisi maksimum 450 qramdır. Ən azı 410 qram olmalıdır.

■ Təzyiq kvadrat santimetr üçün 600-1100 qram arasında olmalıdır.

 Adidas, Nike və Voit markalı futbol topları ilk növbədə iki qrupa bölünür: 

Tikişli və tikişsiz.

 İstifadə xüsusiyyətindən asılı olaraq ot tarlası, astroturf sahəsi və torpaq və ya sərt səthlərə uyğun modellər istehsal edilmişdir. Futbol topu almadan əvvəl bütün bu meyarları qiymətləndirə və istifadə edəcəyiniz zəmin və istədiyiniz xüsusiyyətlər barədə satıcı ilə məsləhətləşə bilərsiniz.

 Ölçü 1 toplar: Bunlar uşaq qrupu üçün hazırlanmış kiçik toplardır.

4 nömrəli toplar: Onlar ümumiyyətlə süni örtüklü meydançalarda istifadə edilən standart toplardan 1 ölçü kiçikdir 

5 nömrəli standart futbol topları: Bunlar bütün beynəlxalq yarışlarda istifadə olunan futbol toplarıdır.

Top

■ Dəyirmi,

■ Dəridən və ya digər uyğun materialdan hazırlanmış,

■ Maksimum çevrə 70 santimetr (28 düym), minimum çevrə 68 santimetr (27 düym),

■ Oyunun başlanğıcındakı çəki: maksimum 450 q (16 unsiya), minimum 410 q (14 unsiya),

■ Onun təzyiqi dəniz səviyyəsində 0,6-1,1 atmosfer (600 qr/sm² – 1100 qr/sm²; 8,5 lbs/sq.in. 15,6 lbs/sq.in.) arasında olacaq.

 Qüsurlu topun dəyişdirilməsi

 Top oyun zamanı partlayırsa və ya qüsurlu olarsa: Oyun dayandırılır və oyun birinci topun qüsurlu olduğu yerdən əvəzedici topla yenidən başlayır.

 Top başlama vuruşu, qapı zərbəsi, künc zərbəsi, sərbəst vuruş, cərimə zərbəsi və ya topu oyuna daxil etmə üçün oyundan kənarda olarkən partlayırsa və ya qüsurlu olarsa: Oyun tələb olunan zərbə və ya topu oyuna daxil etməklə yenidən başlayır.

 Hakimin icazəsi olmadan oyun zamanı top dəyişdirilə bilməz.

Mənbə : milliyet. com. tr

Tərcümə etdi : Aysel Aslanova

Paylaş
Şərh əlavə et