Bu gün:

Hər yuxunun bir mənası varmı?


Yuxu zamanı beynimizdə əmələ gələn görüntülər hər zaman diqqət çəkib və bir çox elmi və ya qeyri-elmi hadisələrlə əlaqələndirilib.

Yuxularımızın 90 faizini unuduruq.

Yuxularımızın yarısını oyandıqdan 5 dəqiqə sonra, 90 faizini isə 1 dəqiqədən sonra unuduruq.

Kor insanlar da yuxu görürlər.

Doğuşdan sonra görmə qabiliyyətini itirənlər yuxularında vizual görüntülər görə bilərlər. Anadangəlmə kor olanlar şəkilləri görə bilmirlər, lakin qoxu, səs, toxunma və duyğuları eyni səviyyədə hiss edirlər.

Hər kəs yuxu görür.

Həddindən artıq psixoloji problemləri olan insanlardan başqa hamı yuxu görür. Yuxu görmədiyinizi düşünürsünüzsə, əslində yuxularınızı unudursunuz.
Yuxuda ancaq tanıdığımız üzləri görürük.
Ağlımız üz yaratmır. Yuxuda gördüyümüz üzlər həyatımızda rastlaşdığımız, lakin xatırlamadığımız və ya kimə aid olduğunu bilmədiyimiz üzlərdir. Hamımız həyatımızda minlərlə üz gördüyümüz üçün yuxularımızda da sərhədsiz üz görmək qabiliyyətimiz var.

Hər kəs rəngli yuxular görmür.

Görən insanların 12 faizi ağ-qara, qalanları isə rəngli yuxu görürlər. 1915-1950-ci illər arasında aparılan araşdırmalara görə, yuxuların əksəriyyəti ağ-qara rəngdə görülür. Ancaq nəticələr 1960-cı illərdən etibarən dəyişməyə başladı. Bu gün 25 yaşdan aşağı insanların yalnız 4,4 faizi yuxularını ağ və qara rəngdə görür. Son araşdırmalar bu dəyişikliyin səbəbini ağ-qara film və televiziyadan rəngli şəkillərə keçidimizlə əlaqələndirir.

Yuxular simvolikdir.

Müəyyən bir obyekt və ya hadisə ilə əlaqəli yuxu, adətən, həmin obyekt və ya hadisə ilə birbaşa əlaqəli deyil. Yuxular simvolik bir dildə danışır. Yuxuda gördüyünüz hər hansı görüntü, yəqin ki, o obrazı təmsil etmir.

Yuxularda ən çox hiss edilən duyğu narahatlıqdır. Mənfi emosiyalar müsbət emosiyalardan daha tez-tez baş verir. Hər gecə dörd-yeddi yuxu görürük. Orta hesabla hər gecə bir-iki saat yuxu görürük.

Heyvanlar da yuxu görür.

Bir çox heyvanlar üzərində aparılan araşdırmalar heyvanların da insanlar kimi yuxu gördüyünü ortaya çıxarıb.
 
Yatarkən itə baxsanız, onun ayaqlarını və ya pəncələrini sanki kimisə izləyirmiş kimi hərəkət etdirdiyini görə bilərsiniz.

REM (dərin yuxu mərhələsi)

Sürətli Göz Hərəkəti (REM) yuxunun standart mərhələsidir və bu mərhələdə gözlər sürətlə hərəkət edir. REM yuxusu yeniyetmə insanlarda bütün yuxunun 20-25 faizini təşkil edir ki, bu da gecə yuxusunun 90-120 dəqiqəsinə bərabərdir. REM yuxusu zamanı yuxuda hərəkət etsə belə, bədən hərəkət edə bilməz, yəni bədən müvəqqəti "yuxu iflici" vəziyyətinə keçir.

Yuxuları real həyatla birləşdirmək.

Ağlımız yuxularımızı bədənimizin o anda eşitdiyi və ya hiss etdiyi ilə birləşdirə bilər. Məsələn, yuxularımızda konsertdə özümüzü musiqi dinləyərkən görürük, amma o zaman radioda musiqi səslənə bilər.

Kişilər və qadınlar fərqli yuxu görürlər.

Kişilər kişilər haqqında daha çox yuxu gprürlər. Kişinin yuxusunda gördüyü obrazların 70 faizi kişilərdir. Qadınlarda bu nisbətlər bərabərdir. Digər tərəfdən, kişilər yuxularında qadınlardan daha aqressiv emosiyalar hiss edirlər.

Gələcəyi göstərən yuxular.

Tədqiqatlar göstərir ki, insanların 18-38 faizi yuxularında “gələcəklə bağlı” məlumatları ehtiva edən şəkilləri görür, yüzdə 70-i isə “dejavu” yaşayır. Gələcəyin yuxuda görünə biləcəyinə inananların nisbəti araşdırmalara görə yüzdə 63 ilə yüzdə 98 arasında dəyişir.

Mənbə: Ntv 

Tərcümə etdi: Nuray Mürsəlova
Paylaş
Şərh əlavə et