Bu gün:

Saçı qurutmamağın zərərləri


Memorial xəstəxanası nevrologiya şöbəsinin mütəxəssisi bildirib ki, gecə duşdan sonra saçı qurutmadan yatmaq yaş saçla çölə çıxmaq qədər təhlükəlidir. Dr. Abdullah Özkardeş yaş saçların miqren-baş ağrıları yarada biləcəyini söyləyib.

Soyuq və küləkli havada yaş saçla gəzmək, yuxuya getmək, kondisionerin qarşısında olmaq və ya küləkli yerlərdə oturmaq üz iflici kimi ciddi bir problemlə nəticələnə bilər. Üz siniri üzün hər iki tərəfində yerləşir və üz əzələlərini idarə edir. Yəni üz iflici olan xəstə nə qaşını qaldıra, nə gözlərini sıxa, nə də ağzını bağlaya bilər. Bu vəziyyət adətən sağalsa da, dərman müalicəsi tələb olunur və bərpa vaxt tələb edir. Üz funksiyalarının itirilməsi ilə yanaşı, estetik pozulma da yaradır. Bundan qorunmaq üçün saç yaxşıca qurudulmalıdır.

Yaş saçların yaratdığı digər mühüm sağlamlıq problemi qrip infeksiyaları və sinüzitdir. Bunların sağalması uzun müddət tələb edən və müalicə lazım olan xəstəliklərdir

Ümumiyyətlə, qışda saçı qurutmadan çölə çıxmaq və yaş saçla küləyə məruz qalmaq, miqrenə- baş ağrılarına, soyuqdəymə və üz iflici kimi ciddi problemlərə gətirib çıxarır. 

Mənbə: NTV Haber 

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et