Bu gün:

Paltar seçərkən hansı parçalar seçilməlidir?


Paltarı gözəl göstərən parçadır. Rahat və xoşbəxt olacağınız paltarlar üçün parçaya diqqət etməlisiniz. 

Geyim seçərkən onun sizə necə göründüyü qədər onun hansı materiallardan hazırlandığı da önəmlidir. Tikilən məhsulların önə çıxması üçün istifadə edilən parça da çox önəmlidir. Parça növlərini bilmirsinizsə, bu məqalədə onlar haqqında oxuya bilərsiniz.

Pambıq

Ən çox istifadə edilən parça növüdür. Pambıq qabığından əldə edilən vegan məhsuldur. Bitki mənşəli təbii lifdir. Pambıqdan alt paltarı, köynək və alt köynək kimi əşyalar almanızı tövsiyə edirik. İsti suda yuyula bilər.

İpək

Onun tikintisi son dərəcə zəhmətli və bahalıdır. İpəkqurdlarının baramalarından əldə edilir. Nəm çəkdiyi və tərləmə etmədiyi üçün xüsusilə üstünlük verilir. Zərif parçadır. Hətta su ləkələri də ləkələrə səbəb ola bilər. Buna görə də ehtiyatla istifadə etmək tövsiyə olunur. Zərif olduğu üçün soyuq suda əl ilə yuyulmalıdır.

Kətan

Bitkinin liflərinin toxunması ilə əldə edilən parça formasıdır. Toxunmaq çətin olduğu üçün ümumiyyətlə daha az üstünlük verilir. Qırışmağa meyilli olan bu parça yüksək temperaturda ütülənə bilər.

Yun

Qoyundan əldə edilən heyvani məhsuldur. Onun incəliyi və quruluşu alındığı qoyunun yunundan asılı olaraq dəyişir. Yüksək nəm udma xüsusiyyətlərinə malikdir. Bədən istiliyini içəridə saxladığı üçün qışda geyinməyə çox uyğundur. Xüsusilə qış sviterlərində, paltolarında, hətta alt paltarlarında da üstünlük vermək olar.

Sintetik

Sintetik parçalar, sözün əsl mənasında, mürəkkəb, bir çox maddələrin birləşməsindən əmələ gələn liflərdən əldə edilir. Akril, polyester, neylon və likra kimi məhsullar bu kateqoriyaya aiddir.

Akril

Polyesterdən istehsal olunur. Baxımı çox asandır və paltaryuyan maşında yuyula bilər. Günəş işığına və kimyəvi maddələrə davamlı deyil. Trikotajda tez-tez istifadə olunur. Rahat və yüngül olduğu üçün üstünlüklü parçadır.

Polyester, neylon, likra

İstiliyə həssasdır. İsti suda yuyulmalı və aşağı temperaturda ütülənməlidir. Asanlıqla qırışmır və rəngləri qalıcıdır. Asanlıqla yandıqları üçün diqqətli olmaq lazımdır. Ümumiyyətlə, bu parçalarla elastik paltarlar tikilir.

Süni parçalar

Bunlar süni yolla əldə edilən parçalardır. Viskoza, rayon və asetat bu kateqoriyaya aiddir. Onlar ümumiyyətlə təbii parçaların xüsusiyyətlərinə bənzər strukturlara malik ola bilərlər.

Mənbə: Habertürk
Tərcümə etdi: Sudana Əsədova

Paylaş
Şərh əlavə et