Bu gün:

Çiyələyin toxumu haradadır?


Yediyimiz bir çox meyvələrin toxumu içində olur. Bəs çiyələyi yarıya böldükdə görünməli olan toxum haradadır?

Gilas, üzüm, şaftalı, limon kimi meyvələrə “əsl meyvələr” deyilir. Çünki bu meyvələrin yeməli ətli hissələri yumurtalıqlarından inkişaf edir. Bu meyvələrin çiçəyi tozlandıqdan sonra şişir və meyvənin yeməli ətli hissəsini təşkil edir. Toxumlar bu ətli hissənin mərkəzindədir.

Çiyələk, alma və nar kimi meyvələrin yeməli ətli hissələri çiçək orqanlarından ibarətdir. Bu meyvələrə “süni meyvələr” deyilir. Məsələn, yediyimiz çiyələyin ətli hissəsi tozlanma yolu ilə böyüyən və inkişaf edən çiçək yastığından ibarətdir. Çiçək hövzəsi çiçək sapının sonundakı qalın eninə hissədir. Çiçəyin çoxalma orqanları çiçək bazasında böyüyür və inkişaf edir.

Çiyələyin üzərindəki nöqtə formalı quruluşlar bu bitkilərin əmələ gətirdiyi quru meyvələrdir. Bir çox çiçəklərdə bu quruluşların içərisində toxumları olur. 

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et