Bu gün:

Tənbəl heyvan


Tənbəl kiçik məməli heyvandır. Adını çox yavaş hərəkət etdiyi üçün almışdır. Armadillo və qarışqa yeyənlərlə əlaqəlidir. Ömrünün çox hissəsini ağaclarda yatmaqla keçirir. Onun qalın dərisi və ağaclardan asılmasına imkan verən qarmaq kimi dırnaqları var. İki və ya üçbucaqlı növləri var. Tənbəllərin yaşayış yerləri Mərkəzi və Cənubi Amerikanın tropik meşələridir. Onların təbii mühitdə orta ömrünü bilmək mümkün deyil, çünki onlar üzərində heç bir araşdırma aparılmayıb. Ancaq insanlar tərəfindən saxlanılan tənbəllərin orta ömrü 16 ildir. Tənbəllər kiçik və sevimli heyvanlardır. Onlar adətən kiçik bir it ölçüsündə olurlar. Onların maksimum uzunluğu 70 santimetrdir və qısa və düz başları var. Tükləri isə boz-qəhvəyi olur.


Mənbə: Kumbaradergisi

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et