Bu gün:

Münasibətlər barədə səmimi danışaq


İnsanlar doğulduğu gündən öldüyü günə kimi iki şeyə nail olmaq üçün mübarizə aparırlar: sevilmək və bəyənilmək. İnsanlar bu iki duyğuya sahib olmaq üçün çoxlu səhvlər edirlər. Bir insanla intim münasibət quracağınıza heç nə zəmanət vermir. Digər tərəfdən, intim əlaqələr qurmadan xoşbəxt yaşamaq bizim üçün çox çətindir. Yaxınlıq emosional ehtiyacdır. Hətta ortaq maraqlar belə insanın ömürlük dostla intim münasibət quracağına zəmanət vermir.


Maraqlarımız, hobbimiz, yaşadığımız yer, işimiz, həyat yoldaşımız hamısı dəyişkəndir. Bu, təbii olaraq münasibətlərimizə təsir edir. İnsanların ortaq bir hədəfi və dinamik əlaqəsi olmadığı nöqtədə münasibətlər bir müddət sonra sona çatır. Bu, ən yaxın uşaqlıq dostumuza, orta məktəb dostumuza və ya hətta sizin yaxın qohumunuza aiddir. Bir çox insanların həyatında bu təcrübə var və bu barədə nə qədər çox düşünsələr də, bir o qədər də görürlər ki, edə biləcək çox şey yoxdur.


Həyat seçimlərdən ibarətdir və çoxumuz bugünkü seçimlərimizdən məmnunuq.

İyirmi, otuz, qırx il davam edən evliliklər bir gecədə necə sona çatır, cütlüklər birlikdə keçirdikləri vaxta məhəl qoymadan boşanır (ətrafımızda o qədər misal var), hətta bir-birini amansızcasına məhkəməyə verirlər. 


Həyat yaşamaq üçündür. Münasibətlər başa düşülmək, sorğu-sual edilmək və ya tənqid edilmək üçün deyil, həzz almaq üçündür. Münasibətlərində həqiqətən uğurlu olan insanlar münasibətlərini şübhə altına atmır və həyatlarından həzz alırlar. Onlar heç nəyi sübut etməyə çalışmırlar, səhv etdikdə etiraf edəcək qədər təvazökardırlar. Onların gündəmləri yoxdur, tələsmirlər və bir şey səhv olanda başqalarını günahlandırmırlar. Bu insanlar sevgi ilə doludurlar, hər kəsə sevgi verir və alırlar. 


Mənbə: tanerozdes.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et