Bu gün:

Güclü yumor hissi psixi sağlamlığa müsbət təsir göstərir


Güclü yumor hissi stressin öhdəsindən gələ bilir. 

Mütəxəssislər, demək olar ki, hər kəsin dinc yumordan zövq aldığını, düzgün və ölçülü şəkildə edildiyini ifadə edərək araşdırmaların güclü yumor hissi olan şəxslərin streslə daha yaxşı öhdəsindən gəldiyini, başqaları ilə daha yaxşı anlaşdıqlarını, daha yaxşı ruhi və hətta fiziki sağlamlığı olduğunu göstərir. Mütəxəssislər deyirlər ki, yumor insanın öz mənfi emosiyalarını tənzimləməklə yanaşı, ətraf mühitə də müsbət təsir göstərir. Ətrafınızdakıları sevindirə bilmək, onları psixoloji cəhətdən yaxşı hiss etdirə bilmək yumordan istifadə edən insana psixoloji güc verir.

Ümumdünya Yumor və Zarafat Günü hər il aprelin 1-də qeyd olunur. Ümumiyyətlə, həmin gün insanların bir-biri ilə oyun oynaması ənənə halını alıb.

Müsbət psixologiya hərəkatında yumorun daha güclü insan xüsusiyyətləri arasında yer aldığı göstərilib. Psixoloji cəhətdən ətrafdakıları sevindirə bilmək, onları yaxşı hiss etdirə bilmək yumordan istifadə edən insana psixoloji güc verir.

Bir çox araşdırmanın ardıcıl olaraq yüksək yumor hissinin depressiya və narahatlıq pozğunluqlarının aşağı nisbətləri ilə əlaqəli olduğunu tapılıb. Mütəxəssislər xəyal qırıqlığı, gözləntilərin qarşılanmaması və maneələr zamanı yumora müraciət edə bilənlərin mənfi emosiyalarını tənzimləyə və mənfi hadisələrin təsirini daha qısa müddətdə aradan qaldıra biləcəklərini bildiriblər.

Mənbə: Cosmoturk

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et