Bu gün:

Yer kosmosdan necə görünür?


Yer kosmosdan mavi görünür, çünki atmosferimiz günəş işığının müəyyən bir dalğa uzunluğunu (mavi) əks etdirir.  Günəş işığı yer atmosferinə daxil olur və atmosferdəki qaz molekulları tərəfindən səpələnir.  

Atmosferdəki qaz molekulları mavi işığın dalğa uzunluğunu digər rənglərə nisbətən daha yaxşı səpələyir, buna görə də səma mavi görünür. Daha qısa dalğa uzunluğuna malik bənövşəyi və ultrabənövşəyi şüalar atmosferə daha çox səpələnir, ona görə də kosmosda daha az görünür. Daha uzun dalğa uzunluğuna malik yaşıl, sarı və qırmızı şüalar atmosferə daha az səpələnir və günəş çıxanda və qürub edəndə səmada daha çox görünür.

Bu səpələnmə həm də gün batımı və günəşin çıxması zamanı səmanın qırmızı və ya narıncı görünməsinə səbəb olur, çünki işıq daha uzun müddət yayılır və atmosferdə qaz və tozla daha da səpələnir.


Tərcümə: Günay Ələsgərova
Mənbə: m.yeniakit.com.tr

Paylaş
Şərh əlavə et