Bu gün:

Muzeylərdə şəkil çəkilməsinə niyə icazə verilmir?


Muzeylərdə çox vaxt fotoşəkil çəkməklə bağlı müxtəlif qaydalar və məhdudiyyətlər olur.  Bəzi muzeylərdə fləş fotoqrafiyaya icazə verilməsə də, bəzilərində fotoşəkil çəkmək tamamilə qadağandır. Bu vəziyyətin iki səbəbi var. Birincisi, fənər işığın sənət əsərlərinə ziyan vurması, ikincisi isə müəllif hüquqları ilə bağlıdır.

Fləş ətraf mühitin fotoşəkil çəkmək üçün kifayət qədər parlaq olmadığı zaman səhnəni çox qısa müddət ərzində müvafiq parlaqlıq səviyyəsinə çatdırmağa imkan verən bir cihazdır. Fləş işığın millisaniyə miqyasında, yəni saniyənin mində biri kimi qısa müddətdə yaratdığı sıx işıq sayəsində ətraf mühiti müvəqqəti olaraq işıqlandırır.  Bununla belə, işığının intensivliyi çox yüksək olduğundan fləş fotoşəkillərin çəkilməsi işığa həssas materialların - məsələn, boya piqmentlərinin kimyəvi strukturunun pisləşməsinə səbəb ola bilər.  Bu halda, rəsm əsərlərinin rəngləri solğunlaşa və onlarda kiçik çatlar və dalğalar görünə bilər.
Muzeylərdə fotoqrafiyaya icazə verilməməsinin digər səbəbi müəllif hüquqları ilə bağlı problemlərdir. Bəzi muzeylər sərgilədikləri bütün sənət əsərləri müəllif hüquqlarına malik olmaya bilər. Belə muzeylərdə ziyarətçilərin çəkdikləri fotoşəkillərin müxtəlif sosial media platformalarında paylaşılması müəllif hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

Muzeylərdə fotoşəkil çəkdirməyə qoyulan məhdudiyyətlərin səbəblərindən biri də odur ki, bəzi muzeylərin suvenir satışı bölmələrində muzeydə sərgilənən sənət əsərlərinə məxsus suvenirlərin satışı bu vəziyyətə mənfi təsir göstərə bilər.

Müasir dövrdə mobil telefon kameralarının və rəqəmsal kameraların geniş yayılması ilə bir çox muzeylər sərgilədikləri sənət əsərlərinin fotoşəkillərinin çəkilməsi ilə bağlı qaydalarına yenidən baxmağa başlayıblar. Bəzi muzeylər qeyri-kommersiya məqsədləri üçün istifadə etmək şərti ilə fotoqrafiyaya icazə versə də, digər muzeylər sərgilədikləri sənət əsərlərinin yüksək keyfiyyətli fotoşəkillərini öz internet saytlarında paylaşa bilərlər.

Tərcümə: Günay Ələsgərova
Mənbə: bilimgenc.tubitak.gov.tr

Paylaş
Şərh əlavə et