Bu gün:

Dəvəquşunun yumurtaları


Qida dəyəri yüksək olan dəvəquşu yumurtaları dünyanın həm ən ağır, həm də ən bahalı yumurtalarıdır. Dadı ilə toyuq yumurtasına bənzəyən dəvəquşu yumurtalarının qədim dövrlərdə evlərin tavanına səpilməsi və ya qoyulması hörümçəklərin tor düzəltməsinin qarşısını alırdı.

Bundan əlavə, digər zərərvericilərdən də qoruyur. Çox möhkəm qabığa malik olan dəvəquşu yumurtalarından Afrika adət-ənənələrində boşqab, kasa və saxlama qabı kimi istifadə olunurdu. Qadınlar bu qabıqlardan zinət əşyaları və bəzək əşyaları düzəldirdilər. 

Bu gün də boşaldılaraq dekorativ məqsədlər üçün istifadə olunur. Osmanlı yumurtası təbiətdə olan zülal baxımından ən zəngin yumurtadır. Köhnə illərdə bu quşların yumurtaları uzun səfərlərə çıxmazdan əvvəl yeyilirdi. Məlumdur ki, bunun səbəbi sizi uzun müddət tox və canlı saxlamasıdır. 

Natrium qanda hüceyrələrin balanssız çoxalmasına, qan təzyiqinin yüksəlməsinə səbəb olur. Ancaq dəvəquşu yumurtalarında natrium olmadığı üçün qan təzyiqinə səbəb olmur. Tərkibindəki antioksidantlar sayəsində bədəni təmizləməklə yanaşı ağız və diş sağlamlığına da töhfə verir.

Mənbə: yasemin
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et