Bu gün:

Kərəvizin faydaları nələrdir?


Kərəvizin faydaları:


• Qandakı xolesterinin miqdarını tarazlaşdırır və təzyiqi idarə etməyə kömək edir. 


• Kərəviz və toxumları tərkibindəki antioksidanlar sayəsində bədəni iltihaba qarşı qoruyur. O həmçinin xərçəng, ürək xəstəlikləri, revmatoid artrit və digərləri kimi bədəndə iltihabla əlaqəli xroniki xəstəliklərdən qoruyur. 


• Kərəviz tərkibindəki yüksək su və lif tərkibi sayəsində həzm sistemini dəstəkləyir. Yüksək su tərkibi həll olunmayan liflə birləşərək bağırsaqları yumşaldır. 


• Kərəvizdə olan minerallar və vitaminlərin glisemik indeksi aşağıdır, yəni qan şəkərinizə yavaş və davamlı təsir göstərir. Kərəviz yarpaqları antioksidantdır və yaxşı A vitamini və beta-karotin mənbəyidir. 


• Təzə kərəviz gündəlik ehtiyacın 25%-ni təmin edən K vitamininin yaxşı mənbəyidir. Sümük kütləsinin artmasına kömək edir və qanın laxtalanmasını təmin edir.


Kərəviz sapı şirəsinin faydaları: 


• Şirniyyata olan ehtiyacınızı azaldır və arıqlamağınıza kömək edir. 


• Bədəndəki ödemin aradan qaldırılmasını təmin edir. 


• Qaraciyəri təmizləyir. 


• Antioksidant xüsusiyyətləri sayəsində bədəndən zərərli maddələri çıxarır. 


• Qan dövranını asanlaşdıraraq damarları rahatlaşdırır. 


• Sızanaq və qara nöqtələrin əmələ gəlməsinin qarşısını alır. 


• Yuxu pozğunluğu olan şəxslərin daha sağlam yatmasına kömək edir.


Kərəviz güclü antioksidant və iltihab əleyhinə təsir göstərir, qan təzyiqi və xolesterin səviyyəsini tarazlamağa kömək edir, kökləri yeməklərdə, yarpaqları şorba və ya bulyonlarda, gövdəsi isə salatlarda istifadə edilə bilər. Onun toxumlarını ədviyyat kimi də istehlak etmək olar. 


Mədəaltı vəzi və döş xərçənginə qarşı qoruyucu komponentləri ehtiva edən kərəviz orqanizm üçün vacib elektrolitləri ehtiva edir.



Mənbə:npistanbul


Tərcümə etdi:Nailə Hadizadə

Paylaş
Şərh əlavə et